BURADA REKLAMINIZ OLA
BİLƏR

Mərmərə dənizində Türkiyə bayraqlı iki gəmi toqquşdu - biri batdı - YENİLƏNİB

Silivri sahillərində batan gəmidən hələlik sağ çıxan yoxdur.

 

Bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.

 

Uraloğlu qeyd edib ki, qəza ilə bağlı ilk çağırış saat 03:26-da daxil olub. Onun sözlərinə görə, gəmi cəmi 11 dəqiqə ərzində çox sürətlə batıb.

***

10:37

 

"Mərmərə dənizində 10 nəfərlik heyəti olan gəminin batdığı ehtimal edilir".

 

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyə Dənizçilik Baş İdarəsi məlumat yayıb.

 

Məlumatda bildirilib ki, Mərmərə dənizində “Tuğberk İmamoğlu” quru yük gəmisi ilə ALSU tankeri toqquşub.

 

Qəza saat 03:15 radələrində Silivri sahillərindən təxminən 18 mil aralıda baş verib. İskəndərundan Karadeniz Ereğliyə 4 199 ton rulon polad daşıyan “Tuğberk İmamoğlu” gəmisində 10 nəfərlik heyət olub.

 

Toqquşmadan sonra “Tuğberk İmamoğlu” gəmisindən heç bir cavab alınmayıb. Heyət üzvlərinin mobil telefonlarına edilən zənglər də cavabsız qalıb. Bu səbəbdən gəminin batdığı ehtimal edilir.

 

Gəmiyə məxsus xilasetmə vasitələri dəniz səthində aşkarlanıb. Lakin onların içərisində heyət üzvlərindən heç biri müəyyən edilməyib.

 

Hazırda hadisə yerində 14 axtarış-xilasetmə vasitəsi, bir helikopter və ALSU tankeri iştirak edir. Axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

***

10:25

İstanbulun Silivri sahillərindən təxminən 18 mil cənubda iki ticarət gəmisi toqquşub.

 

Pravda.az xəbər verir ki, bu barəfə İstanbul Valiliyi məlumat yayıb.

 

Məlumata görə, hadisə gecə saat 03:00 radələrində baş verib.

 

Kocaelidən Əliağaya gedən “Alsu” və İskəndərundan Ereğliyə doğru hərəkət edən Türkiyə bayraqlı “Tuğberk İmamoğlu” adlı ticarət gəmiləri toqquşub.

 

Toqquşmadan sonra “Tuğberk İmamoğlu” gəmisində olan 10 heyət üzvü ilə əlaqə kəsilib.

 

Hadisə yerinə Sahil Təhlükəsizliyi, Sahil Təhlükəsizlik Marmara və Boğazlar Komandanlığının çoxsaylı dəniz vasitələri, həmçinin sahil mühafizə helikopteri göndərilib.

 

İlkin araşdırma zamanı “Alsu” gəmisində gözlə görünən hər hansı zədənin olmadığı müəyyən edilib.

 

Hazırda bölgədə axtarış-xilasetmə işləri davam etdirilir.

Tarix: 2 Sentyabr 2026, 12:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin