“QHT işi” üzrə ittiham olunanlardan biri - "Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Dövlət ittihamçısı təqsirləndirilən Hafiz Həsənova 5 il sınaq müddəti olmaqla 9 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilməsini təklif edib.
Təqsirləndirilən Hafiz Həsənov son söz üçün vaxt istəyib.
Növbəti proses 16 sentyabrda keçiriləcək.
Qeyd edək ki, Hafiz Həsənov Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir.
Onun barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib, sonradan bu qərar polis nəzarəti altına vermə qətimkan tədbiri ilə əvəz olunub.
Xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri - hökumət təşkilatları ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2 və digər maddələri ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır.
Cinayət işi üzrə bir sıra qeyri-hökumət təşkilatları, onların rəhbərləri, həmçinin, xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində qanun pozuntuları araşdırılır.
"İştirak Evi " MMC-nin təsisçisi və direktoru Məmməd Alpay (Məmmədzadə), "Benefisiar: Hüquqi Yardım Mərkəzi və Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı və Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərini sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.
Məmməd Alpay (Məmmədzadə) və Bəşir Süleymanlı barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Sübhan Həsənli istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.
“Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov Baş Prokurorluğun İstintaq İdarəsində yerli və beynəlxalq qeyri-hökumət təşkilatları (QHT) haqqında cinayət işi üzrə təqsirləndirilən şəxs kimi tanınıb və onun barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.
Daha sonra cinayət işi üzrə Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov, sosial işçi - hüquq müdafiəçisi Zamin Zəki və Əhməd Abbas oğlu Məmmədzadə həbs edilib./APA
7 Sentyabr 13:35
7 Sentyabr 13:25
7 Sentyabr 13:18
7 Sentyabr 13:13
7 Sentyabr 13:11
7 Sentyabr 13:09
7 Sentyabr 13:02
7 Sentyabr 12:49
7 Sentyabr 12:42
7 Sentyabr 12:37
7 Sentyabr 12:35
7 Sentyabr 12:26
7 Sentyabr 12:17
7 Sentyabr 12:10
7 Sentyabr 12:00
7 Sentyabr 11:42
7 Sentyabr 11:25
7 Sentyabr 11:18
7 Sentyabr 11:12
7 Sentyabr 11:09
7 Sentyabr 11:03
7 Sentyabr 11:01
7 Sentyabr 10:52
7 Sentyabr 10:48
7 Sentyabr 10:45
7 Sentyabr 10:42
7 Sentyabr 10:38
7 Sentyabr 10:34
7 Sentyabr 10:33
7 Sentyabr 10:30
7 Sentyabr 10:27
7 Sentyabr 10:24
7 Sentyabr 10:18
7 Sentyabr 10:11
7 Sentyabr 09:59
7 Sentyabr 09:43
7 Sentyabr 09:26
7 Sentyabr 09:21
7 Sentyabr 09:14
7 Sentyabr 09:10
7 Sentyabr 09:02
7 Sentyabr 08:56
7 Sentyabr 08:55
7 Sentyabr 08:33
7 Sentyabr 08:27
7 Sentyabr 08:20
7 Sentyabr 08:17
7 Sentyabr 08:12
7 Sentyabr 08:08
7 Sentyabr 08:04
7 Sentyabr 07:04
7 Sentyabr 07:00
7 Sentyabr 06:57
6 Sentyabr 22:29
6 Sentyabr 22:27
6 Sentyabr 21:33
6 Sentyabr 20:40
6 Sentyabr 20:38
6 Sentyabr 19:42
6 Sentyabr 19:40
6 Sentyabr 18:47
6 Sentyabr 17:53
6 Sentyabr 17:47
6 Sentyabr 17:45
6 Sentyabr 17:07
6 Sentyabr 16:49
6 Sentyabr 15:45
6 Sentyabr 14:29
6 Sentyabr 14:25
6 Sentyabr 12:46
6 Sentyabr 12:43
6 Sentyabr 11:55
6 Sentyabr 11:47
6 Sentyabr 11:09
6 Sentyabr 11:02
6 Sentyabr 10:43
6 Sentyabr 09:43
6 Sentyabr 09:39
6 Sentyabr 08:15
6 Sentyabr 01:32
6 Sentyabr 00:43
6 Sentyabr 00:26
6 Sentyabr 00:25
5 Sentyabr 23:03
5 Sentyabr 20:55
5 Sentyabr 20:53
5 Sentyabr 20:36
5 Sentyabr 20:32
5 Sentyabr 20:20
5 Sentyabr 19:39
5 Sentyabr 19:33
5 Sentyabr 19:27
5 Sentyabr 19:19
5 Sentyabr 19:01
5 Sentyabr 19:00
5 Sentyabr 18:58
5 Sentyabr 18:56
5 Sentyabr 18:54
5 Sentyabr 17:18
5 Sentyabr 16:04
5 Sentyabr 16:03
5 Sentyabr 15:32
5 Sentyabr 15:31
5 Sentyabr 15:29
5 Sentyabr 15:06
5 Sentyabr 14:17
5 Sentyabr 14:15
5 Sentyabr 13:52
5 Sentyabr 12:42
5 Sentyabr 12:36
5 Sentyabr 11:35
5 Sentyabr 10:38
5 Sentyabr 10:32
5 Sentyabr 09:58
5 Sentyabr 09:57
5 Sentyabr 09:18
5 Sentyabr 09:12
5 Sentyabr 09:09
5 Sentyabr 09:03
5 Sentyabr 01:30
5 Sentyabr 01:28
4 Sentyabr 22:19
4 Sentyabr 20:35
4 Sentyabr 20:30
4 Sentyabr 20:28
4 Sentyabr 20:27
4 Sentyabr 19:35
4 Sentyabr 18:59
4 Sentyabr 18:56
4 Sentyabr 18:55
4 Sentyabr 18:48
4 Sentyabr 18:42
4 Sentyabr 18:34
4 Sentyabr 18:25
4 Sentyabr 18:15
4 Sentyabr 18:07
4 Sentyabr 17:51
4 Sentyabr 17:45
4 Sentyabr 17:33
4 Sentyabr 17:22
4 Sentyabr 17:19
4 Sentyabr 17:14
4 Sentyabr 16:59
4 Sentyabr 16:44
4 Sentyabr 16:39
4 Sentyabr 16:38
4 Sentyabr 16:31
4 Sentyabr 16:27
4 Sentyabr 16:22
4 Sentyabr 16:18
Ən son xəbərləri səhifəmizdən də izləyin