BURADA REKLAMINIZ OLA
BİLƏR

I sinfə elektron qəbul prosesi sabah başa çatacaq

Mayın 6-dan etibarən həyata keçirilən 2026–2027-ci tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi 3 sentyabr saat 18:00-da başa çatacaq.

 

Bu barədə Pravda.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

 

Bildirilib ki, bu günədək 124 mindən artıq uşağın birinci sinfə qəbul prosesi tamamlanıb.

 

Xatırladaq ki, qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron şəkildə həyata keçirilir.

 

Qeyd: İnternetə çıxış imkanı olmayan vətəndaşlar aidiyyəti üzrə: Alternativ qeydiyyat mərkəzlərinə; Agentliyin və yerli idarələrin çağrı mərkəzlərinə; ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər. Üzrlü səbəblərdən I sinfə qəbul prosesində gecikən uşaqların ümumi təhsil müəssisələrinə elektron qəbulu sentyabr ayı ərzində yenidən aktivləşdiriləcək.

Tarix: 2 Sentyabr 2026, 10:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin