BURADA REKLAMINIZ OLA
BİLƏR

Zaur Paşayev “Naxçıvan”da işləyəcək

Bir neçə gün əvvəl karyerasını bitirən Azərbaycan millisinin sabiq basketbolçusu Zaur Paşayev məşqçiliyə davam edəcək.

 

Bu barədə danışan veteran oyunçu Azərbaycan Basketbol Liqasında mübarizə aparan “Naxçıvan” komandasının məşqçilər korpusunda işləyəcəyini deyib: “Əgər hər hansı problem olmasa, yeni mövsümdə “Naxçıvan”da olacağam. Yəqin ki, 1 il baş məşqçinin köməkçisi kimi fəaliyyət göstərəcəyəm. Hədəfim yaxşı təcrübə qazanıb, daha böyük yerlərdə işləməkdir”.

 

Qeyd edək ki, Zaur Paşayev karyerası ərzində “NTD-Devon”, “Qala”, “NTD- Tbilisi” (Gürcüstan), “Araz-NTD”, “Kutaisi” (Gürcüstan), “Cəlilabad” və “Quba” kimi komandaların formasını geyinib. O, iki dəfə İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.Azərtac

Tarix: 2 Sentyabr 2026, 12:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin