BURADA REKLAMINIZ OLA
BİLƏR

Sel Qəbələ-Laza avtomobil yolunda fəsadlara səbəb oldu - FOTO

Qəbələ-Laza avtomobil yolunu sel basıb.

 

Məlumata görə, son iki gündə Qəbələ rayonunun dağlıq ərazilərinə yağan güclü leysan yağışları nəticəsində Qəbələ-Laza avtomobil yolunda fəsadlar yaranıb.

 

Sel suları avtomobil yolunun müəyyən hissələrini yuyub, yol yararsız hala düşüb, nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb.

 

Hazırda aidiyyəti qurumların əməkdaşları tərəfindən əraziyə baxış keçirilib, yolun bərpası istiqamətində işlər aparılır.

 

Mövcud vəziyyətlə əlaqədar Laza kəndinə gediş-gəliş alternativ yolla həyata keçirilir. Yaxın günlərdə yolun yenidən bərpa olunacağı gözlənilir.APA

 

Sel Qəbələ-Laza avtomobil yolunda fəsadlara səbəb olub- FOTO

Tarix: 2 Sentyabr 2026, 13:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin