BURADA REKLAMINIZ OLA
BİLƏR

Kəklikotu hansı yeməklərdə istifadə olunur?

Kəklikotu mətbəxdə ən çox istifadə edilən ətirli ədviyyatlardan biridir. Xüsusilə ət, toyuq, balıq və tərəvəz yeməklərinə fərqli dad və xoş ətir verir.
 

Pravda.az bildirir ki, ləklikotundan sobada kartof, balqabaq, badımcan, göbələk, bibər və gül kələmi kimi tərəvəzlərin hazırlanmasında istifadə etmək olar.


Həmçinin pomidor sousları, makaron, pizzaya da əlavə edilir.
 

Ədviyyat mərci, noxud, lobya kimi paxlalı yeməklərə, eləcə də salat və şorbalara da uyğun gəlir. Toyuq və ət marinadlarında zeytun yağı, limon və sarımsaqla birlikdə istifadə edildikdə daha ətirli nəticə verir.


Qurudulmuş kəklikotunun aroması daha güclü olduğundan yeməyə az miqdarda əlavə etmək məsləhətdir. Təzə kəklikotu isə xüsusilə salat, sous, balıq və tərəvəz yeməklərinə daha təravətli dad verir.


Əminə Bayramova 

Tarix: 2 Sentyabr 2026, 15:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin