BURADA REKLAMINIZ OLA
BİLƏR

Tomat pastası niyə kiflənir? - vacib xəbərdarlıq

Açıldıqdan sonra düzgün saxlanılmayan tomat və bibər pastası qısa müddətdə kiflənə bilər.
 

Pravda.az bildirir ki, tomat pastasının kiflənmənin əsas səbəbləri məhsulun hava və nəmlə təması, yaş və ya çirkli qaşıqdan istifadə, eləcə də düzgün olmayan saxlama şəraitidir.


Məhsulun daha uzun müddət xarab olmaması üçün onu təmiz və quru qaşıqla götürmək, qabın qapağını möhkəm bağlamaq və soyuducuda saxlamaq tövsiyə olunur. Kiçik bankalardan istifadə etmək də pastanın uzun müddət açıq qalmasının qarşısını almağa kömək edir.


Kiflənmiş pastanın yalnız üst hissəsini götürüb qalanını istifadə etmək məsləhət görülmür. Yumşaq və nəmli məhsullarda kif gözlə görünməyən hissələrə də yayıla bilər. Buna görə kiflənmiş məhsulun tamamilə atılması daha təhlükəsizdir.


Əminə Bayramova 

Tarix: 2 Sentyabr 2026, 15:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin