BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıxanov qəsəbəsində içməli su günlərdir küçəyə axır - VİDEO

Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində içməli suyun küçəyə axdığı iddia olunur.

 

Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) müraciət daxil olub.

 

Bildirilib ki, Əşrəf Yunusov küçəsi, 8 ünvanındakı binanın qarşısında içməli su günlərdir yola axır.

"Problem barədə aidiyyəti qurumlara məlumat versək də, məsələ hələ də həllini tapmayıb. Gəlib baxıb gedirlər, amma düzəldən yoxdur", - deyə şikayətdə bildirilib.

 

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, sözügedən ünvanla bağlı müraciət rayonun sukanal idarəsinin cavabdeh şəxslərinə yönləndirilib:

 

"Sözügedən ünvanda su xəttində baş vermiş qəzanın aradan qaldırması üçün asfalt örtüyü sökülməli və qazıntı işləri aparılmalıdır.

 

Asfalt örtüyünün sökülməsi üçün aidiyyəti quruma müraciət olunub, cavab gələn kimi təmir-bərpa işlərinə başlanılacaq".

 

 

Tarix: 2 Sentyabr 2026, 16:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin