BURADA REKLAMINIZ OLA
BİLƏR

Balığın xırda sümüklərini necə təmizləmək olar?

Balıq bişirməyi sevən, lakin süfrədə sümük problemi yaşamaq istəməyənlər üçün balığın düzgün təmizlənməsi vacibdir.


Pravda.az bildirir ki, böyük balıqlarda sümük təmizləmək üçün əsasən file üsulundan və balıq istifadə olunur.


Əvvəlcə balığın onurğa xətti boyunca iti və nazik bıçaqla ət sümükdən ayrılır. File əldə edildikdən sonra barmaqları ətin üzərində yüngülcə gəzdirməklə qalan xırda sümükləri müəyyən etmək və cımbızla çıxarmaq mümkündür. Sümükləri çıxararkən onları əks istiqamətə çəkməmək, balığın ətini zədələməmək üçün çıxdığı istiqamətdə ehtiyatla çəkmək tövsiyə olunur.


Kiçik balıqlarda isə əsas sümüyü əllə çıxarmaq daha asandır. Baş hissə və içalat təmizləndikdən sonra balıq ortadan açılır və əsas sümük başdan quyruğa doğru yavaşca çəkilərək ayrılır.


Balığı bişirməzdən əvvəl son dəfə yoxlamaq xüsusilə vacibdir. Barmaqla və ya işıq altında yoxlama aparmaq, qalan xırda sümüklərin aşkar edilməsinə kömək edir.


Əminə Bayramova 

Tarix: 2 Sentyabr 2026, 16:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin