BURADA REKLAMINIZ OLA
BİLƏR

Şöbə müdiri təyin olunan Bəhruz Vaqifoğlu kimdir - DOSYE

Xəbər verdiyimiz kimi, Əməkdar artist Bəhruz Vaqifoğlu (Əhmədov) Azərbaycan Dövlət Pantomim Teatrının yaradıcı şöbə müdiri - quruluşçu rejissor vəzifəsinə təyin edilib.

 

Pravda.az yeni təyinat alan rejissorla bağlı məlumatları təqdim edir.

 

Bəhruz Vaqifoğlu (Bəhruz Əhmədli Vaqif oğlu) 25 oktyabr 1982-ci ildə Zəngilanda anadan olub. 1993-cü ildən Bakıda yaşayır.

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqili teatr rejissorluğu ixtisasında təhsil alıb (2004-2008, Faiq Zöhrabovun kursu).

 

Vahid Əliyevin rəhbərlik etdiyi dram dərnəyində aktyorluq sənətində ilk addımlarını atıb, sonra Nərimanov rayonu Uşaq Yaradıcılıq Mərkəzində İmran Vahabovun rəhbərlik etdiyi dram dərnəyinə üzv olub.

 

Nəsibə Zeynalova adına “Cənnət” Xalq Teatrında (2003-2005), Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında (2005-2006) çalışıb.

 

2006-cı ildən Dövlət Pantomim Teatrının aktyorudur. 2009-cu ildən həmin teatrda rejissor kimi də fəaliyyət göstərir, tamaşalara quruluş verir.

 

Reklam çarxlarında, musiqi kliplərində çəkilib.

 

Böyük Britaniya istehsalı olan “Əli və Nino” (2015, rejissor Asif Kapadia) filmində çəkilib.

 

Zərifə Əliyeva adına məktəbdə və Azərbaycan Dövlət Konservatoriyasında dərs deyir (2017-ci ildən).

 

Mədəniyyət TV-də yayımlanmış “Kinokitab” verilişinin rejissoru olub (2021-2023).

 

Əməkdar artistdir (2016).

 

Ailəlidir, iki övladı var.

 

Tarix: 2 Sentyabr 2026, 16:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin