BURADA REKLAMINIZ OLA
BİLƏR

İçib gömrük qapısına uzanan iranlı həbs edildi

Astara gömrüyündə ictimai asayişi pozan əcnəbi həbs olunub.

 

39 yaşlı İran vətəndaşı Tohidi Rza Mirzağa oğlu gömrük qapısında içkili halda yerə uzanaraq, nalayiq ifadələr işlədib. Hadisə gecə saatlarında baş verib. Onun bu hərəkəti gömrük və sərhəd işçilərinin fəaliyyətinə mane olub.

 

Xidmətdə olan polis əməkdaşları Rzaya irad bildirib hərəkətlərini dayandırmağını desələr də, o, bu tələbə məhəl qoymayıb. Nəticədə saxlanılaraq, barəsində müvafiq protokollar tərtib olunub.

 

Məhkəmənin qərarı ilə əcnəbi vətəndaş 10 gün müddətinə inzibati qaydada həbs edilib.Lent.az

Tarix: 2 Sentyabr 2026, 18:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin