BURADA REKLAMINIZ OLA
BİLƏR

Vasif İsmayıl Çevikin müdafiəsinə qalxdı: “İslam üçün qaziyə əl qaldırdınız, sən mənim canım?!”

Çevikə qalxan əllər haqqında. Mən ateist olsam da, mühafizəkar insanam. Din məsələsi mənim üçün bitib və bundan ötrü özümü çox xoşbəxt hiss edirəm. Kim nə deyirsə-desin, Qafqaz mühafizəkar yerdir. Bizdə söhbət üçün çağırıb, sonra da ətrafındakılarla birləşib adam döymək kişilik sayılmır. Hələ qaziyə bunu etmək!

 

Pravda.az-ın xəbərinə görə, bunu tanınmış həkim Vasif İsmayıl bildirib.

 

“Bu camaatı siz nə sayırsınız?! Hə?! Çevik qəti dini inancı təhqir edən adam deyil. Ümumiyyətlə təhqiri sevmir. Sadəcə İranda oturmuş müəyyən bir qrupa satılıb vətəni satmağa dünən yox, srağagündən razı olanları tənqid edir. İslam üçün qaziyə əl qaldırdınız, sən mənim canım?! Vilayəti-fəqih üçün əl qaldırdınız qaziyə! Bir dəfə Müsəlman Birliyi Hərəkatı nümayəndəsinə açıq yazmışdım. İndi təkrar edirəm. Görməyəcəksiniz! Öz axmaq, bizə yad ideologiyanıza Azərbaycanda meydan görməyəcəksiniz! Bizim Azərbaycanın hər guşəsində insanımızın özünə xas kişilik, ədalət anlayışı var. Öz anlayışımızın çatışmayan tərəflərini özümüz tənqid edirik. Yuyulmamış çömçə kimi özünüzü ortaya atmayın! "Alə, çəkilin-çəkilin! Makedonla Namiq dava eləyəcək!" deyilən yerdir bura. Burcuda-burcuda rəqs edən mədəniyyət burada qəbul edilmir!” – V.İsmayıl qeyd edib.

Tarix: 2 Sentyabr 2026, 19:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin