BURADA REKLAMINIZ OLA
BİLƏR

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

Əməkdar artist Züleyxa Hacıyeva 103 yaşında vəfat edib.

 

Bu barədə AzTV-nin Mətbuat xidmətindən məlumat verilib.

 

Qeyd edək ki, o, 1979-cu ildə Azərbaycan SSR əməkdar artisti adına layiq görülüb. Azərbaycan televiziyasında diktorluq fəaliyyəti ilə yanaşı, Sovet dövründə idman ustası kimi tanınıb.

 

1941-ci ildə SSRİ idman ustası, 1941–1948-ci illərdə gimnastika üzrə 7 dəfə Azərbaycan çempionu olub.

 

2002-ci ildə Azərbaycan Respublikasının Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

 

1942-1992-ci illərdə Azərbaycan radiosunun diktoru olub. Azərbaycan radiosunda bir çox verilişlərin (Səhər gimnastikası, "Poeziya dəqiqələri", "Axşamınız xeyir" və s.), aparıcısı kimi yadda qalıb.

Tarix: 2 Sentyabr 2026, 21:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin