BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda tuneldə telefonla uca səslə danışan sərxoş piyadanı döydü - HÖKM

Nizami Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Tuncay İmranovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlham Kərimlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə ona 1200 manat miqdarında cərimə cəzası təyin edilib.

 

İttihama görə, hadisə bu il saat 23:15 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində körpünün alt hissəsində, piyadaların keçidi üçün nəzərdə tutulmuş tuneldə baş verib.

 

Belə ki, Tuncay İmranov spirtli içkinin təsirindən alkoqol sərxoşluğu vəziyyətində olub. O, tuneldə mobil telefonla yüksək səslə qışqıraraq danışıb. Həmin vaxt tuneldən piyada keçən zərərçəkmiş Özcan Quliyevin (soyadı şərtidir) ona baxması təqsirləndirilən şəxsin narazılığına səbəb olub.

 

İttihamda qeyd olunur ki, Tuncay İmranov zərərçəkmiş şəxsin ona baxmasını bəhanə edərək heç bir əsaslı səbəb olmadan münaqişə yaradıb. O, özünü Özcanın şəxsiyyətindən üstün tutaraq ictimai qaydanı kobud şəkildə pozan hərəkətlərə yol verib. Təqsirləndirilən şəxsin davranışı tuneldən keçən digər şəxslərin narahatlığına səbəb olub.

 

Bildirilib ki, o, zərərçəkmiş şəxsi nalayiq sözlərlə söyərək təhqir edib.

 

Bununla kifayətlənməyən Tuncay Özcanın sol qaş və baş nahiyələrinə yumruqla bir neçə dəfə qəsdən zərbə vurub. Döyülmə nəticəsində zərərçəkmiş şəxs müxtəlif bədən xəsarətləri alıb.

 

Hadisədən sonra Tuncay İmranov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov

 

 

Tarix: 3 Sentyabr 2026, 08:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin