"Kinonun inkişafı barədə maliyyə məsələlərini Azərbaycan Kinomatoqrafçılar İttifaqının İdarə Heyəti həll etmir. Bu, çoxspektrli, çoxsahəli işdir. Kino üçün milli maliyyə bazası olmalıdır. Ötən əsrdə olan mütəxəssislər indi yoxdur. O zamanlar kinomatoqrafiya sahəsində Moskva məktəbi var idi. Görkəmli rejissorlarımız Rasim Ocaqov, Eldar Quliyev, Oqtay Mirqasımov kimi peşəkarlar Moskva məktəbində təhsil almışdılar. Çünki orada dünyanın ən məşhur kino məktəbi var idi. Deyirlər ki, kinoya gənc simalar cəlb olunmalıdır. Həmişə Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA), həmçinin İttifaq gənclərə dəstək olub. Axı ortada nəticə yoxdur. Gücümüz çatan qədər kasıb büdcəmizdən onlara maliyyə ayırmışıq. Nazirlik də maliyyə ayırıb, şərait yaradılıb. Təəssüf ki, ortada nəticə yoxdur. "Ölsəm, bağışla", "Fəryad", "Onu bağışlamaq olarmı?", "Arxadan vurulan zərbə" kimi filmlər indi üzə çıxmır. Halbuki bu filmlər sovet dövründə ən aşağı kateqoriya ilə qəbul olunurdu ki, zəif filmlərdir. İndi isə o filmlərin həsrətini çəkirik. Sovet dövründə yüksək qiymətlə qəbul olunmayan filmləri bu gün kino tariximizin şedevrləri hesab edirik, hətta o səviyyədə film görmürük. Təkrar edirəm, birinci faktor maliyyədir".
Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycan Kinomatoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu deyib.
B.Vəziroğlu bildirib ki, Azərbaycan Kinomatoqrafçılar İttifaqının elə böyük maliyyəsi yoxdur: "Büdcədən qəpik-quruş nə ayrılırsa, odur, başqa qazancı yoxdur. Azərbaycanda "kino prokat" deyilən sahə ümumiyyətlə ləğv olunub. Keçmişdə kino ittifaqları "kino prokat"dan milyonlar, milyardlar qazanırdılar. İndi bu, yoxdur, filmləri heç kim almır, televiziyalarımız köhnə filmləri göstərəndə bəziləri oğurluq göstərirlər, bəziləri də qəpik-quruş ödəyirlər. Bundan isə maliyyə gəlmir. Biz də ən çox mənəvi dəstək göstəririk, mükafatlar veririk, həvəsləndiririk. İttifaqın nəzdində kino məktəbləri var. Çalışırıq ki, kinoya yaxın olan adamları təkmilləşdirək. Əlimizdən gələni edirik, amma böyük mənada kino üçün əsaslı iş görə bilmirik, çünki maliyyə imkanlarımız yoxdur. Azərbaycanda hələlik əvvəlki Moskva səviyyəsində bir kino məktəbi, akademiyası mövcud deyil. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərnək səviyyəsində bu işlər görülür, amma peşəkar kino üçün bu səviyyə yetərli deyil. Buna görə də yeni Rasim Ocaqovlar, Oqtay Mirqasımovlar, Eldar Quliyevlər yetişmir. Ədəbi material var. Yazıçılarımız gözəl ssenarilər təqdim edirlər. Biz onlara ssenariləri sifariş verə bilərik, amma o operatorlar, kino avadanlıqları yoxdur. Avdanlıqlar çox bahadır. Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyası bərbad haldadır. O vaxtlar iki min beş yüz şəxsin çalışdığı Kinostudiyada bu gün iyirmi beş adam yoxdur. Kinostudiyanın həyətində indi evlər tikilib. Halbuki əvvəllər orada filmlər çəkilib. "Ögey ana" kimi filmlərin pavilyonları orada çəkilib. İndi isə arendaya verilib. "İctimai TV" məni hər dəfə çağırır deyir ki, Kinostudiyaya gəl. Arendaya götürüblər, verilişləri orada çəkirlər. Bir tərəfində də restoranlar tikilib. Vəziyyət belə olan halda bu yazıq, bədbəxt İttifaq kinonun inkişafı, tərəqqisi naminə nə böyük işlər görə bilər? Amma çalışırıq ki, kinomuz yenidən dirçəlsin, o şöhrəti özünə qaytarsın. Bu isə hələ ki arzu olaraq qalır, real imkanlar görünmür. Şəfiqə xanım Məmmədova da başda olmaqla, İdarə Heyətimiz, katibliyimiz, İttifaqın hər bir üzvü çalışır ki, bu arzular tezliklə reallığa çevrilsin. Düşünürəm, kinonun inkişafı, tərəqqisi dövlətin yaxından dəstəyi olmadan mümkün deyil. Gözləyirik. Dəfələrlə məsələ qaldırmışıq. Cənab Prezidentə bu məsələləri eşitdirmişik. Cənab Prezidentin Qarabağ boyda dünyanın ən nəhəng tikinti meydanı var, gecə-gündüz oradadır. Yeganə Prezidentdir ki, nə bir istirahət günü, nə də səyahəti, dincəlməyi var. Buna görə bizim də dilimiz bir az qısadır. Livan ərazisi boyda bir Qarabağ ərazisi var ki, axı orada böyük quruculuq işləri, məskunlaşma gedir. Hələ minalardan təmizlənmə işi illərlə uzana bilər. Buna görə də bir az abır-həya edirik ki, hökumətin üzərinə çox getməyək. Bəziləri deyirlər ki, İsmayıllıda o boyda yolu çəkiblər, amma körpü qalıb. Yol şüşə kimi çəkilib. Körpü isə MDB ölkələrində ən uca körpüdür. Asandır? Qarabağda görülən işlərə baxın. Körpüdən yapışmısınız ki, niyə düzəlmir? Buna baxmayaraq, orada yenə iş gedir. Bəziləri anlaya bilmir ki, hökumətdən tutmuş vətəndaşa kimi hamı nə boyda qlobal fəlakətin aradan qaldırılması ilə məşğuldur. Bunu kimsə dərk etməyəndə insan bir az sınır ki, niyə bunlar görmürlər? Görünən dağa nə bələdçi? Xarici siyasətimiz uğurla aparılır. Azərbaycan dünyanın ən həssas nöqtəsində - Qafqazda yerləşir. Cənab Prezident Bişkekdə xarici siyasətin nə cür böyük nümunəsini göstərdi. Bəs bunları niyə görmürsünüz?"
Aytəkin Qardaşova
14 Sentyabr 21:00
14 Sentyabr 20:13
14 Sentyabr 19:47
14 Sentyabr 19:04
14 Sentyabr 19:02
14 Sentyabr 18:52
14 Sentyabr 18:41
14 Sentyabr 18:32
14 Sentyabr 18:29
14 Sentyabr 18:25
14 Sentyabr 18:15
14 Sentyabr 18:14
14 Sentyabr 18:10
14 Sentyabr 18:08
14 Sentyabr 18:00
14 Sentyabr 17:45
14 Sentyabr 17:41
14 Sentyabr 17:35
14 Sentyabr 17:32
14 Sentyabr 17:21
14 Sentyabr 17:18
14 Sentyabr 17:16
14 Sentyabr 17:12
14 Sentyabr 16:57
14 Sentyabr 16:53
14 Sentyabr 16:47
14 Sentyabr 16:43
14 Sentyabr 16:35
14 Sentyabr 16:29
14 Sentyabr 16:26
14 Sentyabr 16:16
14 Sentyabr 16:07
14 Sentyabr 16:05
14 Sentyabr 15:54
14 Sentyabr 15:52
14 Sentyabr 15:42
14 Sentyabr 15:40
14 Sentyabr 15:40
14 Sentyabr 15:37
14 Sentyabr 15:36
14 Sentyabr 15:35
14 Sentyabr 15:32
14 Sentyabr 15:29
14 Sentyabr 15:25
14 Sentyabr 15:24
14 Sentyabr 15:21
14 Sentyabr 15:16
14 Sentyabr 15:15
14 Sentyabr 15:11
14 Sentyabr 15:09
14 Sentyabr 15:05
14 Sentyabr 14:57
14 Sentyabr 14:47
14 Sentyabr 14:43
14 Sentyabr 14:33
14 Sentyabr 14:28
14 Sentyabr 14:24
14 Sentyabr 14:15
14 Sentyabr 14:12
14 Sentyabr 14:03
14 Sentyabr 14:00
14 Sentyabr 13:56
14 Sentyabr 13:41
14 Sentyabr 13:32
14 Sentyabr 13:29
14 Sentyabr 13:13
14 Sentyabr 13:06
14 Sentyabr 13:01
14 Sentyabr 12:50
14 Sentyabr 12:43
14 Sentyabr 12:38
14 Sentyabr 12:35
14 Sentyabr 12:31
14 Sentyabr 12:26
14 Sentyabr 12:24
14 Sentyabr 12:19
14 Sentyabr 12:17
14 Sentyabr 12:13
14 Sentyabr 11:57
14 Sentyabr 11:47
14 Sentyabr 11:46
14 Sentyabr 11:45
14 Sentyabr 11:40
14 Sentyabr 11:39
14 Sentyabr 11:37
14 Sentyabr 11:32
14 Sentyabr 11:25
14 Sentyabr 11:19
14 Sentyabr 11:18
14 Sentyabr 11:15
14 Sentyabr 11:08
14 Sentyabr 11:06
14 Sentyabr 11:05
14 Sentyabr 10:49
14 Sentyabr 10:48
14 Sentyabr 10:46
14 Sentyabr 10:39
14 Sentyabr 10:37
14 Sentyabr 10:34
14 Sentyabr 10:31
14 Sentyabr 10:29
14 Sentyabr 10:25
14 Sentyabr 10:23
14 Sentyabr 09:47
14 Sentyabr 09:45
14 Sentyabr 09:43
14 Sentyabr 09:33
14 Sentyabr 09:14
14 Sentyabr 09:02
14 Sentyabr 08:47
14 Sentyabr 08:42
14 Sentyabr 08:37
14 Sentyabr 08:31
14 Sentyabr 08:27
14 Sentyabr 08:25
14 Sentyabr 08:20
14 Sentyabr 08:16
14 Sentyabr 08:12
14 Sentyabr 08:08
14 Sentyabr 08:05
14 Sentyabr 06:39
14 Sentyabr 06:36
14 Sentyabr 01:33
14 Sentyabr 00:55
14 Sentyabr 00:12
13 Sentyabr 23:31
13 Sentyabr 22:10
13 Sentyabr 20:41
13 Sentyabr 19:15
13 Sentyabr 18:37
13 Sentyabr 17:45
13 Sentyabr 16:49
13 Sentyabr 15:40
13 Sentyabr 15:11
13 Sentyabr 14:27
13 Sentyabr 14:22
13 Sentyabr 13:25
13 Sentyabr 13:04
13 Sentyabr 11:57
13 Sentyabr 11:54
13 Sentyabr 09:44
13 Sentyabr 09:10
12 Sentyabr 23:07
12 Sentyabr 21:43
12 Sentyabr 21:23
12 Sentyabr 20:15
12 Sentyabr 20:12
12 Sentyabr 19:10
12 Sentyabr 19:05
12 Sentyabr 18:59
Ən son xəbərləri səhifəmizdən də izləyin