BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda piyadanı vuraraq öldürən gəncə hökm oxundu

Xətai Rayon Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Nihad Zeynalovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Aygün Həsənovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, hadisə 2026-cı ilin martında paytaxtın Xətai rayonunda qeydə alınıb.

 

Belə ki, 2006-ci il təvlllüdlü Zeynalov Nihad Lətif oğlu idarə etdiyi “BYD Destroyer 05” markalı avtomobillə hərəkətdə olan zaman yolu keçən piyada - 1984-cü il təvəllüdlü Əliyev Sərxan Ömər oğlunu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

 

Hadisədən sonra Nihad Zeynalov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov

Tarix: 3 Sentyabr 2026, 10:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin