BURADA REKLAMINIZ OLA
BİLƏR

Universitetə ilk dəfə gedirsən? Bunları mütləq bilməlisən!

Universitetə yeni başlayan tələbələri qarşıda yalnız dərslər və imtahanlar deyil, həm də tamamilə yeni həyat təcrübəsi gözləyir.

 

Pravda.az bildirir ki, ilk ildən düzgün addımlar atmaq üçün bu məsləhətləri bilmək faydalı olar

 

Fiziki və psixoloji sağlamlığınıza diqqət edin

Sağlamlığınız çox vacibdir. Sizə düzgün qidalanmağı və özünüzə vaxt ayırmağı xatırladan heç kim olmayacağı üçün özünüzə yaxşı baxdığınızdan əmin olun. Hər şeyin öhdəsindən gəlməyə çalışın, stress və narahatlıqla necə mübarizə aparmağı öyrənin. Yardıma ehtiyacınız olduqda isə kömək istəməkdən çəkinməyin.

 

Birinci il çox önəmlidir

Birinci il dərslərə gəlməyən və bunun problem olmayacağını düşünən tələbələr olur. Birinci ildən sonuncu ilə qədər müntəzəm dərs çalışma vərdişi formalaşdırmağınız olduqca vacibdir.

 

Kitabxana sizin ən yaxşı dostunuzdur

Yəqin ki, il ərzində ən çox vaxt keçirəcəyiniz yerlərdən biri kitabxana olacaq. Zəngin resursları və texnoloji imkanları olan kitabxana hər bir universitet tələbəsi üçün böyük nemətdir.

 

Dərsləriniz üçün kitablara lazımsız yerə pul xərcləməzdən əvvəl kitabxanadakı imkanları araşdırın. Həmçinin onlayn jurnallar tapmaq kimi kitabxana sistemlərindən necə istifadə etməyi öyrənin. Çünki bunlar təhsiliniz zamanı sizə çox lazım olacaq!

 

Əlaqələr qurun

Tələbəlik həyatınızda sosial və peşəkar əlaqələr qurmaq çox vacibdir. Bu əlaqələr universiteti bitirdikdən sonra iş imkanlarınıza təsir edə və yaxşı yekun qiymət almağınıza böyük kömək göstərə bilər!

 

Əhəmiyyətli peşəkar insanlarla tanış olmaq imkanınız yarandıqda bunu qaçırmayın. Çünki bu əlaqənin nə vaxt sizin üçün faydalı olacağını heç vaxt bilmirsiniz. Özünüzü təqdim etməyi və müsbət, yadda qalan təəssürat yaratmağı unutmayın.

 

Hər tələbə klubuna qoşulmağınıza ehtiyac yoxdur

Universitetlər adətən müxtəlif tələbə birlikləri və klublarla dolu olur. Ətrafınızı genişləndirmək və yeni insanlarla tanış olmaq üçün maraq göstərmədiyiniz birliklərə qoşulmaq məcburiyyətində deyilsiniz.

 

Maraq dairənizi və həqiqətən sınamaq istədiyiniz şeyləri düşünün. Yeni şeyləri sınamaqdan qorxmayın!

 

Hər anın dadını çıxarın

Universitet illərində zaman çox sürətlə keçir. Buna görə də hər anın dadını çıxardığınızdan əmin olun.

 

Tapşırıqları son anda bitirmək üçün gecələri səhərə qədər işləməkdənsə, işlərinizi vaxtında tamamlayın ki, əylənməyə və istirahət etməyə də vaxtınız olsun.

 

Universitet həyatı enişli-yoxuşlu ola bilər, amma eyni zamanda çoxsaylı imkanlar, yeni dostlar və zövq alacağınız yeni təcrübələrlə doludur!

 

Əminə Bayramova

Tarix: 3 Sentyabr 2026, 16:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin