BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Azərbaycanın iradları ATƏT-in gələcək struktur formalaşmasına, siyasətin müəyyən olunmasına təsirini göstərəcək”

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 3-də ATƏT Parlament Assambleyasının prezidenti Pere Joan Pons Sanpietronu qəbul edib. Dövlət başçısı 30 ilə yaxın müddətdə münaqişənin həllinə məsul olan ATƏT-in Minsk qrupu tərəfindən danışıqlar prosesində hər hansı bir nəticənin əldə edilmədiyini və BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrin yerinə yetirilmədiyini təəssüflə vurğulayıb.

 

Pravda.az-a açıqlama verən Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, Prezident hər dəfə ATƏT-lə bağlı hansısa bir tədbirdə onların müəyyən dərəcədə ikiüzlü siyasətini ifşa etməyə çalışır.

 

F.Mustafa qeyd edib ki, bu, hər dəfə təkrar kimi görünsə də, vacib bir detaldır: “Beynəlxalq hüququn bu dərəcədə pozulmasının məhz mənbəyi olaraq ATƏT, Avropa Şurası Parlament Assambleyasının göstərilməsi önəmlidir. Çünki gələcəkdə bunların danışacaq sözü olmamalıdır. Həqiqətən də böyük insan düşüncəsinə, hüquqa güvənsizlik yaradıblar. Prezident də əslində bunu ifadə edir. Hesab edirəm ki, ölkə Prezidentinin çağırışları ATƏT-in gələcək strukturunun formalaşmasına, siyasətin müəyyən olunmasına təsirini göstərəcək”.

 

Şəhanə Qədirli

Tarix: 4 Sentyabr 2026, 08:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin