BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda avtomobil ağaca çırpılıb, sərnişin hadisə yerində ölüb

Bakının Suraxanı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Pravda.az-ın məlumatına görə, hadisə sentyabrın 3-də qeydə alınıb.

 

2000-ci il təvəllüdlü Tehran İlham oğlu Seyidov idarə etdiyi “Renault Megane” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yolun sağ tərəfindəki ağaca çırpılıb.

 

Qəza nəticəsində avtomobilin ön oturacağında olan 1981-ci il təvəllüdlü Eşqin Məhərrəm oğlu Qasımov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Faktla bağlı cinayət işi başlanıb.

Tarix: 4 Sentyabr 2026, 09:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin