BURADA REKLAMINIZ OLA
BİLƏR

Yumurta olmadan da yumşaq keks hazırlamaq olar: Ən yaxşı alternativlər

Keks hazırlamaq istəyirsiniz, amma evdə yumurta yoxdur? Narahat olmayın. Yumurtasız da yumşaq və yaxşı qabaran keks hazırlamaq mümkündür.

 

Pravda.az bildirir ki, yumurtanı əvəz etmək üçün qatıq, süd, banan və ya alma püresi istifadə edilə bilər. Bir yumurta əvəzinə 1/4 stəkan qatıq, yarım yetişmiş banan və ya 1/4 stəkan alma püresi əlavə etmək mümkündür.

 

Digər üsul isə sirkə və sodadan istifadə etməkdir. 1 desert qaşığı sirkə ilə 1 çay qaşığı soda xəmirin qabarmasına kömək edir.

 

Kətan toxumu və ya çia toxumundan hazırlanan gel də yumurtanı əvəz edə bilər.

 

Sadə yumurtasız keks üçün süd, duru yağ və şəkər qarışdırılır. Daha sonra un, vanil və qabartma tozu əlavə edilir. Hazır xəmir yağlanmış qəlibə tökülür və 180 dərəcədə bişirilir.

 

Xəmirin çox qatı və ya çox duru olmamasına diqqət etmək lazımdır. Daha yaxşı qabarması üçün geniş qəlib əvəzinə kiçik qəlibdən istifadə etmək məsləhətdir.

 

Əminə Bayramova

Tarix: 4 Sentyabr 2026, 14:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin