Tibb işçilərinin əməkhaqlarının artırılması Azərbaycan dövlətinin səhiyyə sahəsinə və bu sistemin əsas dayağı olan tibb işçilərinə diqqətinin növbəti mühüm göstəricisidir. Xüsusilə, bu təşəbbüsün Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən irəli sürülməsi onun uzun illərdir, səhiyyənin inkişafına, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə və tibb işçilərinin sosial rifahının yaxşılaşdırılmasına göstərdiyi diqqətin davamı kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyevin təşəbbüsü müsbət qarşılayaraq onun icrası ilə bağlı tapşırıq verməsi isə bu məsələnin dövlət səviyyəsində prioritet kimi nəzərdən keçirildiyini göstərir. Burada söhbət sadəcə maaşların mexaniki şəkildə yüksəldilməsindən getmir. Yeni yanaşmada həkimin ixtisası, iş yükü, fəaliyyət göstəriciləri və regionlarda kadr təminatı kimi amillərin nəzərə alınması əməkhaqqı siyasətinin daha məqsədyönlü qurulduğunu göstərir və dövlətin strateji yanaşması xüsusilə diqqət çəkir. Məqsəd yalnız tibb işçisinin gəlirini artırmaq deyil, eyni zamanda həkim peşəsinin cəlbediciliyini yüksəltmək, ixtisaslı kadrları regionlara cəlb etmək və vətəndaşların keyfiyyətli tibbi xidmətə çıxışını genişləndirməkdir. Bu baxımdan maaş artımları sosial siyasətlə yanaşı, səhiyyənin regional inkişafına və kadr potensialının gücləndirilməsinə xidmət edən mühüm addımdır. Mehriban Əliyevanın təşəbbüsünün Prezident İlham Əliyev tərəfindən dəstəklənməsi dövlətin insan amilinə əsaslanan sosial siyasətinin səhiyyə sahəsində növbəti praktik nəticəsidir. Tibb işçisinin əməyinə verilən qiymət, əslində, insan sağlamlığına və vətəndaşın rifahına verilən qiymətdir. Bu qərar həm tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, həm də Azərbaycanın səhiyyə sisteminin daha müasir, dayanıqlı və keyfiyyətli xidmət göstərən sistem kimi inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli deyib ki, yeni mexanizm 72 212 tibb işçisini əhatə edir, illik əməkhaqqı fondu 189 milyon manat artırılıb və ödənişlər ixtisas, iş yükü, fəaliyyət və keyfiyyət göstəriciləri nəzərə alınmaqla diferensiallaşdırılır.

Deputat həkim və Milli Məclisin Səhiyyə komitəsinin üzvü olaraq bu təşəbbüsü böyük məmnunluqla qarşıladığını bildirib:
"Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması və əməyinin daha yüksək qiymətləndirilməsi ilə bağlı təşəbbüsü, Prezident İlham Əliyevin bu təşəbbüsə müsbət münasibət bildirərək icrası üçün müvafiq tapşırıq verməsi dövlətimizin tibb ictimaiyyətinə göstərdiyi diqqət və qayğının çox mühüm ifadəsidir. Həkimlik elə bir peşədir ki, burada insanın üzərinə yalnız peşə məsuliyyəti deyil, həm də böyük mənəvi məsuliyyət düşür. Həkim, tibb bacısı və digər tibb işçiləri insan sağlamlığının, bəzən isə birbaşa insan həyatının məsuliyyətini daşıyırlar. Buna görə onların əməyinin layiqincə qiymətləndirilməsi həm sosial ədalət, həm də güclü səhiyyə sisteminin qurulması baxımından mühüm əhəmiyyət daşıyır. Yeni əməkhaqqı islahatının 72 mindən artıq tibb işçisini əhatə etməsi və TƏBİB sistemi üzrə illik əməkhaqqı fondunun 189 milyon manat artırılması kifayət qədər böyük sosial və iqtisadi miqyasa malik qərardır. Bu, minlərlə ailənin rifahına birbaşa təsir etməklə yanaşı, dövlətin tibb işçisinin əməyinə verdiyi dəyərin konkret maddi ifadəsidir. Hesab edirəm ki, əməkhaqqının artırılmasının ilk mühüm nəticələrindən biri tibb işçilərinin sosial təminatının və peşə motivasiyasının yüksəlməsi olacaq. İnsan öz əməyinin qiymətləndirildiyini hiss etdikdə onun işinə münasibəti, peşəsinə bağlılığı və məsuliyyəti də artır. Tibb sahəsində isə bunun xüsusi əhəmiyyəti var. Çünki sosial baxımdan təminatlı və motivasiyalı tibb işçisi öz bilik və bacarıqlarından daha səmərəli istifadə edərək pasiyentlərə daha keyfiyyətli tibbi xidmət göstərə bilər. İkinci mühüm məsələ insan kapitalıdır. Müasir səhiyyənin gücü yalnız xəstəxanaların sayı, yeni binalar və bahalı tibbi avadanlıqlarla ölçülmür. Ən müasir avadanlığın arxasında onu idarə edən peşəkar həkim, tibb bacısı və digər mütəxəssis dayanmalıdır. Buna görə də səhiyyəyə ayrılan vəsaitin insan kapitalına yönəldilməsi əslində sistemin gələcəyinə qoyulan sərmayədir. Yeni əməkhaqqı mexanizminin mühüm üstünlüklərindən biri də diferensial yanaşmanın tətbiq edilməsidir. Əməkhaqqının vəzifə və ixtisasla yanaşı, iş yükü, fəaliyyət göstəriciləri və regionlarda kadr təminatı nəzərə alınmaqla müəyyənləşdirilməsi daha ədalətli və stimullaşdırıcı əmək modeli formalaşdırmağa imkan verir. Xüsusilə, ilkin səhiyyə, təcili tibbi yardım, anesteziologiya-reanimatologiya və regionlarda çatışmazlığı olan ixtisasların daha çox stimullaşdırılması strateji baxımdan əhəmiyyətlidir. Hesab edirəm ki, yeni sistemdə maddi stimullaşdırmanın tibbi xidmətin keyfiyyəti və pasiyent məmnunluğu ilə əlaqələndirilməsi də nəzərdə tutulur. Bu, səhiyyə sistemində yeni yanaşmanın göstəricisidir: məqsəd sadəcə daha çox xidmət göstərmək deyil, daha keyfiyyətli xidmət göstərmək olmalıdır".
M.Məmmədli bildirib ki, əməkhaqqı artımı gənclər üçün də mühüm mesajdır:
"Tibb təhsili uzun illər, böyük zəhmət və davamlı peşəkar inkişaf tələb edir. Gənc həkim bilməlidir ki, seçdiyi peşədə onun biliyi, məsuliyyəti və zəhməti layiqincə qiymətləndiriləcək. Bu baxımdan yeni islahat tibb peşəsinin cəlbediciliyinin artırılmasına, istedadlı gənclərin səhiyyə sisteminə gəlməsinə və ixtisaslı kadrların dövlət tibb müəssisələrində saxlanılmasına da müsbət təsir göstərə bilər. Eyni zamanda hesab edirəm ki, bu islahat davamlı tibbi təhsil, peşəkar inkişaf, şəffaf karyera imkanları, regionlarda çalışan həkimlər üçün əlavə sosial stimullar və müasir iş şəraitinin yaradılması ilə tamamlandıqca onun nəticələri daha böyük olacaq. Son nəticədə bu islahatın əsas benefisiarı yalnız tibb işçisi deyil, Azərbaycan vətəndaşı olacaq. Çünki sosial rifahı yüksələn, əməyinin qiymətləndirildiyini görən, peşəkar inkişaf imkanları əldə edən və nəticəyə görə stimullaşdırılan tibb işçisi daha güclü səhiyyə sisteminin əsasını təşkil edir. Bu səbəbdən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsünü təkcə əməkhaqqı artımı kimi deyil, səhiyyə sistemində insan kapitalına verilən yüksək dəyərin və uzunmüddətli dövlət yanaşmasının ifadəsi kimi qiymətləndirirəm. Prezident İlham Əliyevin təşəbbüsü dəstəkləməsi isə tibb işçilərinin sosial rifahının və səhiyyənin inkişafının dövlət siyasətində mühüm yer tutduğunu bir daha nümayiş etdirir. Düşünürəm ki, bu qərarın üç əsas nəticəsini gələcəkdə daha aydın görəcəyik: daha məmnun və motivasiyalı tibb işçisi, daha güclü və peşəkar insan kapitalı, daha keyfiyyətli və pasiyentyönümlü səhiyyə xidməti. Dövlətimizin başçısına və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya tibb ictimaiyyətinə göstərilən bu yüksək diqqət və qayğıya görə təşəkkürümü bildirirəm".
Milli Məclisin Səhiyyə komitəsinin üzvü Günay Əfəndiyeva da deyib ki, səhiyyə elə bir sahədir, bilavasitə insan həyati ilə bağlıdır:

"Xəstəxananın binası, müasir tibbi avadanlıqlar, yeni texnologiyalar vacib olduğu kimi, tibb işçilərinin fəaliyyəti bu sistemin aparıcı qüvvəsidir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və cənab Prezident İlham Əliyevin müvafiq tapşırığı əsasında tibb işçilərinin maaşlarının artırılması ilə bağlı yeni qərarın qəbul olunması, şübhəsiz ki, çox mühüm və olduqca ciddi addımdır. Ümumiyyətlə, Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti həm sosial, həm mədəni, həm də humanitar sahələr üzrə vaxtında irəli sürülən önəmli təşəbbüslər və həyata keçirilən layihələrlə zəngindir. Təmsil etdiyim Xəzər və Pirallahı rayonlarında Mehriban xanımın millət vəkilliyi dövründə aparılan abadlıq, quruculuq, infrastruktur işləri, yenilənən yollar, salınan parklar, tikilən müasir məktəblər, bağçalar, mədəniyyət və tibb ocaqları qəsəbələrimizin inkişafına, simasının gözəlləşməsinə, insanlarımızın həyat şəraitinin yaxşılaşdırılmasına güclü təkan verib. Sakinlər Mehriban xanımın xeyirxah fəaliyyətini böyük hörmət və minnətdarlıqla xatırlayırlar. Bu baxımdan tibb işçilərinin sosial rifahının yaxşılaşdırılmasına yönəlmiş təşəbbüs də həmin ardıcıl və insan amilinə əsaslanan siyasətin mühüm nümunələrindən biridir. Tətbiq olunacaq yeni qərar Azərbaycan səhiyyəsinin insan resurslarının gücləndirilməsinə, vətəndaşlarımızın daha keyfiyyətli tibbi xidmətə çıxışının genişləndirilməsinə töhfə verir. TƏBİB sistemi üzrə illik əməkhaqqı fondunun 189 milyon manat artırılması islahatın geniş miqyasını əks etdirir. Yeni əməkhaqqı qaydaları ilkin səhiyyə, təcili tibbi yardım, anesteziologiya-reanimatologiya xidmətləri, eləcə də regionlarda kadr çatışmazlığı müşahidə edilən dar ixtisaslar üzrə çalışan həkimlər daxil olmaqla 72 mindən artıq tibb işçisini əhatə edir, yəni tətbiq olunacaq islahat geniş bir peşəkar heyətin sosial rifahına təsir göstərəcək. Baxın, müalicə işi ilə yanaşı, tibb bacısının vaxtında və düzgün müdaxiləsi həyati önəm daşıyır. Ürək tutması keçirən, ağır qəza nəticəsində xəsarət alan, nəfəs almaqda çətinlik çəkən vətəndaş üçün hər dəqiqənin öz qiyməti var. O anda xəstənin yanında olan tibb işçisinin bilik və təcrübəsi qədər onun işə hazırlığı və motivasiyası da önəmlidir. Beləliklə, səhiyyə sisteminə komanda işi kimi baxmaq lazımdır. Həkim, tibb bacısı, feldşer, təcili yardım əməkdaşı və digər mütəxəssislər bir-birini tamamlayır. Digər tərəfdən, spesifik tibb sahələri üzrə ixtisaslaşmış mütəxəssislərimizin bölgələrimizdə saxlanılması, həmin ərazilərə cəlb edilməsi səhiyyəmiz üçün ciddi önəm daşıyır. Bu, yüzlərlə insanın tibbi xidmətə çıxış məsələsidir. Buna görə də regionlarda kadr çatışmazlığı olan ixtisaslar üzrə xüsusi stimullaşdırıcı əlavələrin tətbiqi mühüm addımdır. Tibb peşəsini seçən gənc bilməlidir ki, dövlət onun əməyini qiymətləndirir, eyni zamanda öz ölkəsində, öz səhiyyə sistemində peşəkar kimi inkişaf etmək, yaxşı işləmək və layiqli gəlir əldə etmək mümkündür. Bu, gələcək üçün çox vacibdir. çünki səhiyyə sisteminin ən böyük sərvəti onun yetişdirdiyi və qoruyub saxladığı mütəxəssislərdir. Buna görə də tibb işçisinin əməyinin layiqli qiymətləndirilməsi əslində səhiyyəmizin gələcəyinə sərmayədir".
Tibb üzrə fəlsəfə doktoru Fərid Museyibov isə bildirib ki, tibb işçilərinə bu qədər yüksək qayğının göstərilməsi, əlverişli şəraitin yaradılması öncəliklə Prezident İlham Əliyevin irəli sürdüyü siyasətin nəticəsidir:

"Yeni qərar çox müsbət addımdır. Bütün sahələrdə olduğu kimi, təbii ki, tibb sahəsində də inkişaf gedir. İllər öncə bunu ulu öndərimiz Heydər Əliyevin siyasətində də gördük. Azərbaycanda mən özüm də daxil olmaqla bir çox həkimlər həmin dövrdə dövlət proqramı çərçivəsində Türkiyədə təhsil almışıq. Bütün bunlar tibb, səhiyyə sisteminə göstərilən qayğının nəticəsidir. Tibbi işçilərinin maaşları ilə bağlı yeni addımın atılması Birinci vitse-prezident Mehriban xanımın təşəbbüsüdür. Bilirik ki, tibbin ən çətin sahəsi təcili tibbi yardımdır. İnsan hansısa şikayəti olduqda, yaxud ağır bir vəziyyətdə ilkin olaraq təcili tibbi yardıma zəng edir. Bu sahədə çalışan həkimlərin də maaşlarının yüksəldilməsi çox müsbət addımdır. Tibbin ən çətin ikinci sahəsi uşaqlarla bağlıdır. Burada da uşaq anestezioloq-reanimatoloqlarının maaşlarının artırılması uşaqlarımıza göstərilən qayğının, diqqətin nəticəsidir. Təxminən, maaşların yüz faizə qədər artırılması müsbət addımdır. Son dövrlər həm ölkəmizdə, həm də digər ölkələrdə böyrək xəstəliyindən əziyyət çəkən xəstələrin sayı gündən-günə artır. Onlara xidmət edən, hemodializ sahəsində çalışan həkimlərin maaşlarının artırılması çox yüksək diqqət və qayğının nəticəsidir. Onların da maaşlarında, təxminən, 55-60 faizə qədər artım olub. Bu, tibb işçilərinə böyük stimuldur, çünki əməkhaqqının artırılması onların daha diqqətli çalışmalarına, xəstələrə daha qayğıkeş yanaşmalarına gətirib çıxaran əsas amillərdən biridir.
Yazı Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə yardımı ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” mövzusu üzrə dərc olunub.
Aytəkin Qardaşova

15 Oktyabr 23:36
15 Oktyabr 21:51
15 Oktyabr 21:43
15 Oktyabr 21:40
15 Oktyabr 21:36
15 Oktyabr 21:19
15 Oktyabr 21:15
15 Oktyabr 20:18
15 Oktyabr 18:57
15 Oktyabr 18:53
15 Oktyabr 18:49
15 Oktyabr 18:44
15 Oktyabr 18:37
15 Oktyabr 18:33
15 Oktyabr 18:25
15 Oktyabr 18:12
15 Oktyabr 18:07
15 Oktyabr 18:04
15 Oktyabr 17:59
15 Oktyabr 17:47
15 Oktyabr 17:41
15 Oktyabr 17:41
15 Oktyabr 17:34
15 Oktyabr 17:31
15 Oktyabr 17:24
15 Oktyabr 17:19
15 Oktyabr 17:14
15 Oktyabr 17:09
15 Oktyabr 16:59
15 Oktyabr 16:53
15 Oktyabr 16:39
15 Oktyabr 16:22
15 Oktyabr 16:20
15 Oktyabr 16:17
15 Oktyabr 16:13
15 Oktyabr 16:09
15 Oktyabr 15:59
15 Oktyabr 15:57
15 Oktyabr 15:45
15 Oktyabr 15:40
15 Oktyabr 15:29
15 Oktyabr 15:27
15 Oktyabr 15:23
15 Oktyabr 15:15
15 Oktyabr 15:02
15 Oktyabr 14:59
15 Oktyabr 14:55
15 Oktyabr 14:52
15 Oktyabr 14:49
15 Oktyabr 14:44
15 Oktyabr 14:37
15 Oktyabr 14:20
15 Oktyabr 14:14
15 Oktyabr 14:12
15 Oktyabr 14:07
15 Oktyabr 14:02
15 Oktyabr 13:53
15 Oktyabr 13:47
15 Oktyabr 13:35
15 Oktyabr 13:32
15 Oktyabr 13:27
15 Oktyabr 13:19
15 Oktyabr 13:13
15 Oktyabr 13:10
15 Oktyabr 13:07
15 Oktyabr 13:03
15 Oktyabr 12:58
15 Oktyabr 12:55
15 Oktyabr 12:54
15 Oktyabr 12:49
15 Oktyabr 12:46
15 Oktyabr 12:44
15 Oktyabr 12:40
15 Oktyabr 12:39
15 Oktyabr 12:35
15 Oktyabr 12:31
15 Oktyabr 12:31
15 Oktyabr 12:29
15 Oktyabr 12:22
15 Oktyabr 12:20
15 Oktyabr 12:17
15 Oktyabr 12:15
15 Oktyabr 12:02
15 Oktyabr 12:01
15 Oktyabr 11:57
15 Oktyabr 11:47
15 Oktyabr 11:41
15 Oktyabr 11:33
15 Oktyabr 11:27
15 Oktyabr 11:22
15 Oktyabr 11:14
15 Oktyabr 11:12
15 Oktyabr 11:02
15 Oktyabr 10:59
15 Oktyabr 10:53
15 Oktyabr 10:44
15 Oktyabr 10:32
15 Oktyabr 10:27
15 Oktyabr 10:23
15 Oktyabr 10:21
15 Oktyabr 10:12
15 Oktyabr 10:07
15 Oktyabr 10:05
15 Oktyabr 09:49
15 Oktyabr 09:36
15 Oktyabr 09:10
15 Oktyabr 09:05
15 Oktyabr 09:04
15 Oktyabr 09:03
15 Oktyabr 08:57
15 Oktyabr 08:51
15 Oktyabr 08:49
15 Oktyabr 08:44
15 Oktyabr 08:43
15 Oktyabr 08:41
15 Oktyabr 08:36
15 Oktyabr 08:33
15 Oktyabr 08:30
15 Oktyabr 08:25
15 Oktyabr 07:59
15 Oktyabr 06:47
15 Oktyabr 06:44
15 Oktyabr 06:37
15 Oktyabr 06:30
15 Oktyabr 06:28
15 Oktyabr 06:25
15 Oktyabr 06:23
15 Oktyabr 06:21
14 Oktyabr 22:56
14 Oktyabr 22:44
14 Oktyabr 21:07
14 Oktyabr 19:38
14 Oktyabr 19:20
14 Oktyabr 19:19
14 Oktyabr 19:16
14 Oktyabr 19:15
14 Oktyabr 19:13
14 Oktyabr 19:12
14 Oktyabr 19:10
14 Oktyabr 19:06
14 Oktyabr 18:58
14 Oktyabr 18:37
14 Oktyabr 18:34
14 Oktyabr 18:27
14 Oktyabr 18:20
14 Oktyabr 18:17
14 Oktyabr 18:12
14 Oktyabr 18:11
14 Oktyabr 18:07
14 Oktyabr 18:01
Ən son xəbərləri səhifəmizdən də izləyin