BURADA REKLAMINIZ OLA
BİLƏR

DİM sədri: Ali məktəblərə ayrılan plan yerlərinin cəmi 2 faizi boş qalıb

"Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul yekunlaşıb. Beləliklə, 2026-2027-ci tədris ili üzrə tələbə qəbulunun əsas mərhələləri başa çatıb".

 

Pravda.az xəbər verir ki, bu, DİM sədri Məleykə Abbaszadənin paylaşımında qeyd edilib.

 

O bildirib ki, yekun nəticələrə əsasən, ali təhsil müəssisələrində plan yerlərinin 97.71%-i dolub, cəmi 1393 plan yeri – təxminən 2%-i boş qalıb.

 

DİM sədri qeyd edib ki, tələbə qəbulu aparılan 41 mülki ali təhsil müəssisəsindən 13-də plan yerləri 100%, 4-də plan 99%, 4-də isə 98% dolub. Ümumilikdə 34 ali təhsil müəssisəsində dolma göstəricisi 95%-dən yüksəkdir.

 

Tarix: 4 Sentyabr 2026, 17:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin