BURADA REKLAMINIZ OLA
BİLƏR

Səfir: “Tramp marşrutu”nun təməli gələn ilin əvvəlində qoyula bilər

“Tramp marşrutu”nun təməli 2027-ci ilin əvvəlində qoyula bilər.

 

Bunu Ermənistanın ABŞ-dakı səfiri Narek Mkrtçyan “Semafor” portalına müsahibəsində bildirib.

 

Səfir TRIPP-in irəlilədiyini, bu ilin sonunda layihə üzrə texniki-iqtisadi əsaslandırmanın gözlənildiyini və irəliləyişin gələn ilin əvvəlində mümkün olacağını vurğulayıb.

 

Diplomatın sözlərinə görə, Ermənistan TRIPP dəhlizinə sadiqliyini vurğulayır, eyni zamanda, Rusiya və İranla əlaqələrini qoruyub saxlamağa çalışır./APA

Tarix: 4 Sentyabr 2026, 18:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin