Gəncə Apellyasiya Məhkəməsində əzab vermədə və qanunsuz azadlıqdan məhrum etmədə təqsirləndirilən Xalid Nəsibovun (adı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Müşfiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, Xalid Nəsibov əmisi və əmisi oğlu ilə qabaqcadan əlbir olaraq zərərçəkmiş Davud İmranova (adı, soyadı şərtidir) qarşı zorakı hərəkətlər törədib.
Belə ki, hadisədən bir neçə gün əvvəl zərərçəkmiş şəxs onun əmisi oğlu T.Nəsiblini döyərək təhqir edib. Bundan sonra Xalid, əmisi və əmisi oğlu Davudu cəzalandırmaq və ondan qisas almaq məqsədilə birlikdə hərəkət etmək barədə razılığa gəliblər.
İttihamda göstərilib ki, onlar zərərçəkmiş şəxsi aldadaraq T.Nəsibli ilə barışdırmaq üçün qonaqlıq təşkil ediləcəyini bildiriblər. Bu məqsədlə Davudun 2025-ci ildə saat 15 radələrində Ağstafa rayonunun Sadıqlı kəndində əmisinin yaşadığı evə gəlməsinə nail olublar. Saat 18 radələrinə qədər T.Nəsibli ilə zərərçəkmiş şəxs birlikdə yemək yeyib və spirtli içki qəbul ediblər. Bundan sonra əvvəlcədən hazırlanan plana uyğun olaraq əmisi Ş.Nəsibov da evə gəlib.
Ş.Nəsibov qonaq otağında T.Nəsibli ilə Davud arasında əvvəllər baş vermiş münaqişə barədə onları sorğu-sual etməyə başlayıb. O, istintaqla müəyyən edilməyən bıçaqla zərərçəkmiş şəxsin baş nahiyəsinə zərbələr endirib. T.Nəsibli və təqsirləndirilən şəxs isə zərərçəkmişə yumruq və təpiklərlə zərbələr vurublar.
Daha sonra Xalid otağa daxil olaraq özü ilə gətirdiyi, istintaqla müəyyən edilməyən kəndirlə Davudun qolunu bağlayıb və onu köməksiz vəziyyətə salıb.
Bununla da zərərçəkmiş şəxsin iradəsinə zidd olaraq azadlığının məhdudlaşdırıldığı qeyd olunub.
Davud döyülməməsi, təhqir olunmaması və sərbəst buraxılması üçün yalvarsa da, onun xahişlərinə məhəl qoyulmayıb. Hər üç şəxs təxminən iki saat ərzində zərərçəkmiş şəxsə qarşı zorakı hərəkətləri davam etdirib. Bu zaman onun özünə və yaxın qohumlarının ünvanına nalayiq ifadələr işlədilib. Həmçinin Davudun özünə qarşı nalayiq sözlər deməyə məcbur edildiyi bildirilir.
Ş.Nəsibov əlindəki bıçaqla zərərçəkmiş şəxsin baş nahiyəsinə, T.Nəsibli və Xalid isə yumruq, təpik və ağacla bədəninin müxtəlif nahiyələrinə zərbələr endiriblər.
Hadisə zamanı T.Nəsibli cinsiyyət orqanını çıxararaq qolu bağlı vəziyyətdə olan Davudun baş nahiyəsinə təbii ehtiyacını ödəyib.
Həmçinin ittihamda qeyd olunub ki, əvvəlcədən planlaşdırıldığı kimi, təqsirləndirilən şəxs və T.Nəsibli həmin zorakı hərəkətləri istintaqla müəyyən edilməyən mobil telefon vasitəsilə videoya çəkiblər. Bundan sonra Davudun qollarının açıldığı və onun evin həyətinə çıxarıldığı bildirilib.
Hadisə zamanı yaranan səs-küyü eşidən həmkəndlilər də evin həyətinə gəliblər. Bundan sonra zərərçəkmiş şəxs başqa şəxsə məxsus “VAZ-2106” markalı avtomobilin arxa yük yerinə qoyulub. Məqsəd onu yaxınlıqda yerləşən meşəlik əraziyə apararaq orada buraxmaq olub. Davud meşəlik əraziyə aparıldıqdan sonra orada sərbəst buraxılıb.
Məhkəmə materiallarında zərərçəkmiş şəxsin hadisə nəticəsində müxtəlif bədən xəsarətləri aldığı göstərilib.
Ağstafa Rayon Məhkəməsinin hökmü ilə Xalid Nəsibova 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Kamal Məmmədov
12 Oktyabr 06:31
11 Oktyabr 22:34
11 Oktyabr 22:32
11 Oktyabr 21:14
11 Oktyabr 19:56
11 Oktyabr 19:11
11 Oktyabr 19:09
11 Oktyabr 19:07
11 Oktyabr 17:48
11 Oktyabr 17:42
11 Oktyabr 17:31
11 Oktyabr 16:53
11 Oktyabr 16:52
11 Oktyabr 16:51
11 Oktyabr 16:48
11 Oktyabr 16:00
11 Oktyabr 15:57
11 Oktyabr 15:50
11 Oktyabr 15:33
11 Oktyabr 15:27
11 Oktyabr 15:15
11 Oktyabr 14:42
11 Oktyabr 14:26
11 Oktyabr 13:03
11 Oktyabr 13:01
11 Oktyabr 12:58
11 Oktyabr 12:19
11 Oktyabr 11:36
11 Oktyabr 11:23
11 Oktyabr 09:59
11 Oktyabr 09:07
11 Oktyabr 08:29
11 Oktyabr 08:24
11 Oktyabr 08:21
11 Oktyabr 02:14
10 Oktyabr 23:25
10 Oktyabr 22:25
10 Oktyabr 21:33
10 Oktyabr 21:23
10 Oktyabr 19:46
10 Oktyabr 18:58
10 Oktyabr 18:55
10 Oktyabr 18:43
10 Oktyabr 18:35
10 Oktyabr 18:29
10 Oktyabr 18:15
10 Oktyabr 18:05
10 Oktyabr 17:57
10 Oktyabr 17:43
10 Oktyabr 17:32
10 Oktyabr 17:19
10 Oktyabr 17:12
10 Oktyabr 17:04
10 Oktyabr 16:41
10 Oktyabr 16:35
10 Oktyabr 16:22
10 Oktyabr 16:11
10 Oktyabr 16:02
10 Oktyabr 15:59
10 Oktyabr 15:49
10 Oktyabr 15:27
10 Oktyabr 15:14
10 Oktyabr 14:52
10 Oktyabr 14:49
10 Oktyabr 14:46
10 Oktyabr 14:39
10 Oktyabr 14:32
10 Oktyabr 14:04
10 Oktyabr 13:57
10 Oktyabr 13:51
10 Oktyabr 13:30
10 Oktyabr 13:22
10 Oktyabr 13:04
10 Oktyabr 12:59
10 Oktyabr 12:48
10 Oktyabr 12:22
10 Oktyabr 12:17
10 Oktyabr 12:07
10 Oktyabr 11:51
10 Oktyabr 11:45
10 Oktyabr 11:37
10 Oktyabr 11:11
10 Oktyabr 11:09
10 Oktyabr 10:56
10 Oktyabr 10:52
10 Oktyabr 10:48
10 Oktyabr 10:46
10 Oktyabr 10:39
10 Oktyabr 10:29
10 Oktyabr 10:11
10 Oktyabr 10:07
10 Oktyabr 10:04
10 Oktyabr 09:30
10 Oktyabr 09:27
10 Oktyabr 05:48
10 Oktyabr 05:45
10 Oktyabr 05:43
10 Oktyabr 05:40
10 Oktyabr 05:38
9 Oktyabr 23:31
9 Oktyabr 23:28
9 Oktyabr 21:39
9 Oktyabr 21:28
9 Oktyabr 21:26
9 Oktyabr 21:23
9 Oktyabr 20:00
9 Oktyabr 19:57
9 Oktyabr 19:03
9 Oktyabr 19:01
9 Oktyabr 18:58
9 Oktyabr 18:51
9 Oktyabr 18:19
9 Oktyabr 18:13
9 Oktyabr 18:07
9 Oktyabr 18:06
9 Oktyabr 18:04
9 Oktyabr 17:57
9 Oktyabr 17:51
9 Oktyabr 17:48
9 Oktyabr 17:39
9 Oktyabr 17:37
9 Oktyabr 17:37
9 Oktyabr 17:25
9 Oktyabr 17:15
9 Oktyabr 17:05
9 Oktyabr 16:53
9 Oktyabr 16:45
9 Oktyabr 16:37
9 Oktyabr 16:32
9 Oktyabr 16:23
9 Oktyabr 16:12
9 Oktyabr 16:05
9 Oktyabr 16:02
9 Oktyabr 15:58
9 Oktyabr 15:47
9 Oktyabr 15:41
9 Oktyabr 15:40
9 Oktyabr 15:30
9 Oktyabr 15:27
9 Oktyabr 15:21
9 Oktyabr 15:19
9 Oktyabr 15:11
9 Oktyabr 15:03
9 Oktyabr 14:49
9 Oktyabr 14:46
9 Oktyabr 14:44
9 Oktyabr 14:41
9 Oktyabr 14:31
9 Oktyabr 14:18
9 Oktyabr 14:14
Ən son xəbərləri səhifəmizdən də izləyin