BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu atları saxlayanlara subsidiya veriləcək

Milli at cinslərinin qorunması və sayının artırılması məqsədilə qeydiyyata alınmış “Qarabağ” və “Dilbaz” atlarına illik heyvan subsidiyası tətbiq ediləcək.

 

Pravda.az xəbər verir ki, bu, Aqrar Subsidiya Şurasının təsdiqlədiyi yeni dövlət dəstəyi mexanizmlərində əksini tapıb.

 

Bildirilib ki, 2 yaşadək dayçalara 600 manat/baş, 2 yaşdan yuxarı damazlıq dişi atlara 800 manat/baş, damazlıq ayğırlara isə 1000 manat/baş illik subsidiya veriləcək. Heyvanların EKTİS-də qeydiyyatı, elektron çiplənməsi və valideyn mənsubiyyətinin DNT testi ilə təsdiqi subsidiya üçün əsas şərtlərdən olacaq.

Tarix: 7 Sentyabr 2026, 10:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin