BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Şuşada daşlara yazı yazanların cəzalandırılmaları üçün hüquqi baza yaradılması istiqamətində addım atılmalıdır”

“Şuşa bizim mənəviyyat mərkəzimiz, qürur yerimizdir. Şuşanın hər bir qarışı bizim üçün müqəddəsdir, əzizdir. Məlumdur ki, Vətən müharibəsində Şuşanın işğaldan azad olunması dünyanın müasir hərb tarixinin ən unikal hadisəsidir. Azərbaycan əsgərinin, gəncinin cəsarətini, qorxmazlığını, mərdliyini dünya gördü. Məlumdur ki, Şuşanın azad olunması uğrunda nə qədər şəhid verdik. Qəhrəman oğullarımız daşların, qayaların üzərindən keçərək Şuşaya daxil olublar. Orada şəhid qanı, şəhid ruhu var. Buna görə də o daşlara hər hansı yazının yazılması birinci növbədə şəhidlərimizin ruhuna, eləcə də şanlı tariximizə biganəliyin, hörmətsizliyin əlaməti kimi dəyərləndirilə bilər”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

 

Deputat düşünür ki, bu kimi hallara yol verənlər cəzalandırılmalıdır: “Bu da məlumdur ki, Şuşa dövlət tərəfindən tarixi qoruq elan olunub. Bu kimi halları törədənlərin, yazı yazanların cəzalandırılmaları üçün hüquqi baza yaradılması istiqamətində addım atılmalıdır. Bütövlükdə, digər tərəfdən ətrafda bunu görən vətəndaşlarımız da, ərazini ziyarət edənlər də bu hadisəni törədənlərə biganə qalmamalıdırlar. Vətəndaş mövqeyi də ortaya qoyulmalı, bu kimi halların qarşısı alınmalıdır”.

 

Aytəkin Qardaşova

Tarix: 7 Sentyabr 2026, 14:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin