BURADA REKLAMINIZ OLA
BİLƏR

“Qorxma, mən səninləyəm” filminin rejissoru vəfat etdi

Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, rejissor, ssenarist Yefim Abramov vəfat edib.

 

Bu barədə AKİ-dən məlumat verilib.

 

Qeyd edək ki, Yefim Abramov 14 avqust 1948-ci ildə Bakıda doğulub. 1980-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alıb, İ.Talankin və Georgi Daneliyanın kursunu bitirib. 1980-1990-cı illərdə "Azərbaycanfilm" kinostudiyasında rejissor kimi fəaliyyət göstərib. Müxtəlif janrlı bədii filmlər (“Qorxma, mən səninləyəm” (1981)- rejissor, “Əzablı yollar” (1982) ikinci rejissor, “Qocalar, qocalar” (1982) – rejissor (Elxan Qasımovla birgə), “Araqarışdıran” (1987) – rejissor, ssenari müəllifi, “Lətifə” (1989) – rejissor(Nizami Musayevlə birgə) çəkib. Bundan başqa, rejissor xarici film istehsalçılarının “Verona səması altında” (2004, rejissorlar Vladimir Krasnopolski, Valeri Uskov / Rusiya, İsrail) serialının ssenari müəllifi olub.

Tarix: 8 Sentyabr 2026, 00:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin