BURADA REKLAMINIZ OLA
BİLƏR

Yəmən hakimiyyəti Sənanı husilərdən geri almaq qərarına gəlib

Yəmən hakimiyyəti 2015-ci ildən “Ənsar Allah” hərəkatının (husilər) nəzarətində olan ölkənin rəsmi paytaxtı Səna şəhərini geri almaq niyyətindədir.

 

Bu barədə “Al Jazeera“ telekanalı məlumat yayıb.

 

Yəmən müdafiə nazirinin köməkçisi bildirib ki, Sənanın geri alınması ilə bağlı qərar qəbul edilib.

 

“Sənanın azad edilməsi barədə qərar qəbul olunub”, – rəsmi bildirib.

 

Onun sözlərinə görə, bu addım husilərlə qarşıdurma məsələsinin həllinə imkan verəcək.

 

APA

Tarix: 8 Sentyabr 2026, 06:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin