BURADA REKLAMINIZ OLA
BİLƏR

Dünyanın müxtəlif ölkələrindən tələbələr Azərbaycanı seçir - FOTO

Son illərdə Azərbaycan ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələrin sayında artım müşahidə olunur. Bununla yanaşı, ölkəmizdə təhsil almağa maraq göstərən ölkələrin coğrafiyası da genişlənir.

 

Bu barədə Pravda.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, Azərbaycan universitetlərinin beynəlxalq əməkdaşlığının inkişafı, müxtəlif ixtisas və proqramlar üzrə təhsil imkanlarının genişlənməsi, eləcə də xarici tələbələr üçün yaradılan imkanlar Azərbaycanın ali təhsil istiqaməti kimi tanınmasına töhfə verir:

 

““Study in Azerbaijan” çərçivəsində də Azərbaycanın ali təhsil imkanlarının beynəlxalq auditoriyaya təqdim olunması və ölkəmizin xarici tələbələr üçün təhsil istiqaməti kimi tanıdılması istiqamətində fəaliyyət davam etdirilir”.

 

Yeni qəbul olunan əcnəbi tələbələrdən bəzilərinin fotolarını təqdim edirik.

Fotoları təqdim edirik
Tarix: 8 Sentyabr 2026, 10:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin