BURADA REKLAMINIZ OLA
BİLƏR

Memarların Prezidentə müraciəti ilə bağlı deputatdan AÇIQLAMA

Milli Məclisin deputatı Fazil Mustafa bir qrup memarın Pezident İlham Əliyevə abidələrə mülkiyyətçilər tərəfindən müdaxilələr edilməsi barədə müraciətinə münasibət bildirib.

 

F.Mustafa Pravda.az-a verdiyi açıqlamada deyib ki, məsələ təkcə qanunvericiliklə həllini tapmamalıdır.

 

Deputat xatırladıb ki, memarlıq abidələrində müəyyən problemlər də ortaya çıxır: “Bir vaxtlar imkan yaradıldı ki, bu binaların böyük əksəriyyətinə artırmalar edilsin. Bu gün həmin artırmalara görə hər hansı sənəd almaq mümkün olmur. Mülkiyyətçi də öz mülkiyyətini satmaqda çətinlik çəkir. Bəzi yerlərdə binalar müasirləşəndə istər-istəməz orada yaşayan insan üçün həm də müasir standartlara uyğun kommunal sistem qurulmalıdır. Buna görə də məsələ təkcə qanunvericiliklə həllini tapmamalıdır. Dövlət hansısa formada vətəndaşın sıxıntısını da nəzərə almalıdır. Ola bilsin, əvəzləmə qaydasında daha rahat yaşayış imkanları verilir. Könüllü şəkildə vətəndaş bunu istəyirsə, onda həmin binaların qorunması istiqamətində daha normal addımlar atmaq mümkün olur. Burada ikili maraqlar var - vətəndaşın müasir yaşam marağı və dövlətin tarixi memarlıq abidələrini qorumaq tələbi. Dövlətin tələbinin və vətəndaşın marağının müəyyən dərəcədə uzlaşdırılması vacibdir. Buna görə də məsələ ətrafında konkret komissiya şəklində baxılmalı, memarlıq abidəsinin vəziyyəti, orada yaşayan insanların müdaxiləsinin səbəbləri də dəqiqləşdirilməldir”.

 

Aytəkin Qardaşova

Tarix: 8 Sentyabr 2026, 11:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin