BURADA REKLAMINIZ OLA
BİLƏR

PISA 2025-in nəticələri açıqlanıb

PISA 2025 – Şagirdlərin Beynəlxalq Qiymətləndirilməsi Proqramının nəticəsi açıqlanıb.

 

Pravda.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev 91 ölkə və iqtisadiyyatın iştirak etdiyi qiymətləndirmədə Azərbaycanın riyazi savadlılıq üzrə 49-cu pillədə qərarlaşdığını deyib. Bakı şəhəri üzrə göstərici isə 29-cu yerdə qərarlaşıb.

 

Nazir qeyd edib ki, PISA 2025 tədqiqatında iştirak edən 91 ölkə və regiondan 13-ü əvvəlki qiymətləndirmə dövründə təmsil olunmayıb. İştirakçılardan 16-sı əvvəlki qiymətləndirmə ilə müqayisədə irəliləyişə nail olduğu halda, 62 ölkə və regionda nəticələr geriləyib.

 

Qeyd edək ki, PISA 15 yaşlı şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri üzrə bilik və bacarıqlarını, xüsusilə bu bilikləri real həyatda tətbiq etmək bacarıqlarını qiymətləndirən beynəlxalq tədqiqatdır.

Tarix: 8 Sentyabr 2026, 11:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin