BURADA REKLAMINIZ OLA
BİLƏR

YAP qurultaya hazırlaşır

Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayına hazırlıq başlayıb.

 

Pravda.az xəbər verir ki, artıq partiyanın rayon təşkilatlarının konfransları keçirilir.

 

Konfranslarda rayon təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyəti qiymətləndirilir, YAP-ın VIII Qurultayına nümayəndələr seçilir.

 

Qeyd edək ki, YAP-ın Nizamnaməsinə əsasən, qurultay Partiyanın İdarə Heyəti tərəfindən beş ildə bir dəfədən az olmayaraq çağırılır. YAP-ın VII qurultayı 2021-ci il martın 5-də keçirilib və növbəti - VIII Qurultay bu il keçirilməlidir.

 

YAP-ın VIII Qurultayının tarixi partiyanın İdarə Heyətinin iclasında müəyyənləşəcək.

Tarix: 8 Sentyabr 2026, 12:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin