BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycandan Gürcüstana 22 mindən çox dərslik göndərilib

Elm və Təhsil Nazirliyi Gürcüstanın azərbaycandilli ümumtəhsil məktəblərinə 2026-2027-ci tədris ili üçün dərsliklər göndərib.

 

18 adda 22 050 nüsxə dərslik Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyinə təhvil verilib.

 

Vəsaitlər I-XI siniflər üçün “Azərbaycan dili” və “Ədəbiyyat” dərsliklərindən ibarətdir.

 

Təhvil-təslim prosesi Elm və Təhsil Nazirliyinin, Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyinin nümayəndələrinin, Azərbaycanın Gürcüstandakı səfirliyində təhsil məsələləri üzrə müşavir Fuad Çıraqovun iştirakı ilə baş tutub.

 

Dərs vəsaitlərinin azərbaycandilli məktəblərə yeni tədris ilinin başlanmasına qədər paylanılması nəzərdə tutulub./APA

 

 

Tarix: 8 Sentyabr 2026, 13:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin