BURADA REKLAMINIZ OLA
BİLƏR

Oyuncaq maşınla yola çıxdı, məsuliyyətə cəlb olundu - VİDEO

Bakıda elektrik mühərrikli oyuncaq avtomobillə əsas yolda şütüyən şəxs məsuliyyətə cəlb edilib.

 

Həmin şəxsin görüntüləri sosial şəbəkələrdə yayılıb.

 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) sorğumuza cavab olaraq bildirilib ki, həmin şəxs məsuliyyətə cəlb olunub: “Bakıda hərəkətin intensiv olduğu yola oyuncaq nəqliyyat vasitəsi ilə çıxaraq həm özünün, həm də digər sürücü və piyadaların həyatı üçün real təhlükə yaradan şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib. 2001-ci il təvəllüdlü, Mirzəli soyadlı şəxs barəsində qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət tədbirləri görülür”.

 

Yol polisi vurğulayıb ki, hərəkətin intensiv olduğu avtomobil yollarında bu cür təhlükəli davranışlar ağır nəticələrə səbəb ola bilər: “Hər bir hərəkət iştirakçısı həm özünün, həm də digər şəxslərin həyat və sağlamlığının təhlükəsizliyinə məsuliyyətlə yanaşmalıdır”. (Qafqazinfo)

Tarix: 8 Sentyabr 2026, 13:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin