BURADA REKLAMINIZ OLA
BİLƏR

Veyis Məmmədov vəfat edib - FOTO

Ağdaş rayon İcra Hakimiyyətinin keçmiş başçısı Veyis Məmmədov vəfat edib.

 

Pravda.az xəbər verir ki, bu barədə Müsavat Məclisinin sədri Arif Hacılı məlumat yayıb.

 

Qeyd edək ki, Veyis Məmmədov Azərbaycan Xalq Hərəkatının fəal iştirakçılarından biri olub.

 

O, 1992-93-cü illərdə icra başçısı işləyib.

 

Mərhum Ağdaş Rayon Ağsaqqallar Şurasının üzvü idi. Filologiya elmləri namizədi Veyis Məmmədovun bu yaxınlarda 80 yaşı tamam olmuşdu.

 

Allah rəhmət eləsin.

 

Keçmiş icra başçısı vəfat edib

Tarix: 8 Sentyabr 2026, 14:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin