BURADA REKLAMINIZ OLA
BİLƏR

Quyruq yağı nə qədər müddət xarab olmadan saxlanıla bilər?

Quyruq yağının saxlanma müddəti onun çiy və ya əridilmiş olmasından asılıdır.

 

Pravda.az bildirir ki, çiy quyruq yağı otaq temperaturunda ən çox 1 gün, soyuducuda isə 2-3 gün saxlanıla bilər.

 

Əridilərək süzülmüş quyruq yağı isə soyuducuda 3-4 həftə, dondurucuda isə 10-12 ay təravətini qoruya bilər.

 

Yağı uzun müddət saxlamaq üçün onu xırda doğrayıb zəif odda əritmək, daha sonra süzmək və şüşə qabda soyuducuya və ya dondurucuya yerləşdirmək tövsiyə olunur.

 

Yağın xarab olduğunu kəskin və xoşagəlməz qoxu, rəngin boz və ya yaşıl rəngə dəyişməsi, yapışqan tekstura və acı dad göstərə bilər. Bu əlamətlərdən hər hansı biri müşahidə olunarsa, yağın istehlak edilməməsi tövsiyə edilir.

 

Əminə Bayramova

Tarix: 8 Sentyabr 2026, 16:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin