BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda adambaşına düşən ictimai yaşıllıq sahəsi artırılacaq

"Bakının Baş planı çərçivəsində adambaşına düşən ictimai yaşıllıq sahəsinin 5.8 kvadratmetrdən 8 kvadratmetrədək artırılması gözlənilir. 2040-cı ilədək ictimai yaşıllıq sahələrinin ümumi ərazisinin təxminən 2 500 hektara çatdırılması və əlavə olaraq 1 000 hektara yaxın yeni yaşıl ərazinin yaradılması hədəflənir".

 

Pravda.az Oxu.Az-a istinadla xəbər verir ki, bu fikirləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və WUF13 üzrə milli koordinator Anar Quliyev Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən "COP29-dan İqlim Həftəsinə: Yaşıl dünya üçün rəqəmsal fəaliyyət yolu" adlı sessiyada çıxışı zamanı deyib.

 

O bildirib ki, məqsəd yalnız yaşıllıq sahələrinin artırılması deyil:

 

"Hiper-yaşıl dəhlizlərin yaradılması vasitəsilə iqlim dəyişikliklərinə uyğunlaşmanın, biomüxtəlifliyin qorunmasının, ictimai sağlamlığın və dayanıqlı mobilliyin dəstəklənməsi nəzərdə tutulur".

 

O əlavə edib ki, Azərbaycan 2035-ci ilədək istixana qazı emissiyalarını 1990-cı il səviyyəsi ilə müqayisədə 40% azaltmaq öhdəliyi götürüb.

Tarix: 8 Sentyabr 2026, 16:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin