BURADA REKLAMINIZ OLA
BİLƏR

İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yeni strukturu müəyyənləşib

İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yeni strukturu müəyyənləşib.

 

Nazirlər Kabineti bu barədə qərar verib.

 

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yeni strukturu aşağıdakı kimi olacaq:

 

 

1. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparatı (departamentlər və şöbələr).

 

2. Muzey və Turizm Mərkəzi.

 

3. Ənənəvi İncəsənət Mərkəzi.

 

Bundan əvvəl “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturu aşağıdakı kimi olub:

 

1. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparatı (şöbələr və sektorlar).

 

2. “İçərişəhər” Muzey Mərkəzi.

 

3. Mənzil-kommunal və Təmir Xidməti.

 

4. Elmi-istehsalat bərpa emalatxanası.

 

5. Elmi-mədəni Mərkəz.

 

6. Marionet Teatrı.

 

7. Tahir Salahovun ev-muzeyi.

 

8. Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi.

 

9. Ənənəvi İncəsənət Mərkəzi.

Tarix: 8 Sentyabr 2026, 18:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin