BURADA REKLAMINIZ OLA
BİLƏR

Şəkidə məşhur istirahət mərkəzində faciə - 2 nəfər öldü - YENİLƏNİB

Bu gün saat 14:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Şəki rayonu, “Şəki Yaylası” istirahət mərkəzindən çağırış qeydə alınıb.

 

TƏBİB-dən verilən məlumata görə, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

 

Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.

 

İlkin məlumata görə, ölüm halı istirahət mərkəzində qurğunun "tros"unun qırılması nəticəsində baş verib./APA

 

***

18:31

Şəkiyə istirahətə gedən iki nəfər faciəvi şəkildə ölüb.

 

Məlumata görə, hadisə bu gün Şəki rayonundakı istirahət mərkəzlərinin birində baş verib.

 

Belə ki, Qax rayon sakini 30 yaşlı Məmmədov Coşqun Ceyhun oğlu və daha bir nəfər hündürlükdən yıxılaraq həlak olublar.

 

Hazırda hadisə ilə bağlı araşdırma aparılır. (Qafqazinfo)

Tarix: 8 Sentyabr 2026, 18:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin