BURADA REKLAMINIZ OLA
BİLƏR

Balıq yedikdən sonra qətiyyən bunları yeməyin: Zəhərlənmə riskini iki qat artırır!

Balıq yedikdən sonra mütləq imtina edilməli olan qəti bir qida olmasa da, bəzi yeməklərin kombinasiyası həzm sistemini yora və ya bayat ərzaq istifadə edildikdə sağlamlıq problemlərinə yol aça bilər.

 

Pravda.az balıqdan sonra istifadəsi məsləhət görülməyən qidaları təqdim edir:

 

Boyat süd məhsulları: Xalq arasında balıqla qatıq və ya ayranın zəhərlənmə verdiyi düşünülür. Əslində, balıq və süd məhsulları (qatıq, ayran, pendir) təzədirsə, birgə istifadəsi təhlükəsizdir. Lakin balıq boyat olduqda tərkibindəki histamin miqdarı artır və süd məhsulları ilə birləşdikdə zəhərlənmə riskini yüksəldir.

 

Aşırı şəkərli və ağır şirniyyatlar: Balıq həzmi asan və yüngül zülal mənbəyidir. Şərbətli və ağır şirniyyatlar balıqdan dərhal sonra yeyildikdə həzm sistemini ağırlaşdırır, mədədə köp və qıqırma yaradır.

 

Çox turş və fermentasiya olunmuş qidalar: Turşu kimi yüksək duzlu və turşulu qidalar mədəni yora bilər.

 

Xarab olmuş və ya gözlədilmiş yeməklər: Balığın ardınca yeyilən hər bir qidanın təzə və saxlanma şəraitinə uyğun gəlməsi vacibdir.

 

Balıqdan sonra nə yemək olar?

 

Halva (küncüt halvası): Balıq yeyildikdən sonra ən çox üstünlük verilən ənənəvi şirniyyatdır. Tahin balığın yaratdığı mədə turşuluğunu balanslaşdırmağa və həzmi asanlaşdırmağa kömək edir.

 

Meyvələr: Təzə mövsüm meyvələri ölçülü şəkildə istifadə edilə bilər.

 

Yüngül süd məhsullu şirniyyatlar: Ağır şərbətli şirniyyatlar əvəzinə kiçik porsiyada yüngül şirniyyatlara üstünlük verilə bilər.

 

Qeyd: Balıq və onunla birgə istifadə edilən bütün ərzaqların təzəliyindən əmin olmaq vacibdir.

 

Əminə Bayramova

 

Tarix: 9 Sentyabr 2026, 09:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin