BURADA REKLAMINIZ OLA
BİLƏR

Zərdabda 5 nəfərin yanaraq öldüyü yanğının VİDEOSU

Xəbər verdiyimiz kimi, Zərdabda bir ailə üzvlərinin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Ailə üzvləri məclisdən qayıdırmış. Onlar Zərdabın Məmmədqasımlı kəndindən olub.

 

Belə ki, 77-BF-554 seriyalı "KİA" markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb.

 

Qəzada minik avtomobilinin sürücüsü 1989-cu il təvəllüdlü Elyar Qalib oğlu Məhəmmədov, 1954-cü il təvəllüdlü Qalib Soltan oğlu Məhəmmədov, 1981-ci il təvəllüdlü Susanna Namizəd qızı Məhəmmədova, 1956-cı il təvəllüdlü Səkinə Sədulla qızı Məhəmmədova və 1979-cu il təvəllüdlü Mehriban Zabit qızı Kərimova yanaraq ölüblər.

 

1997-ci il təvəllüdlü Reyhan Nəsib qızı Məhəmmədova isə hadisə zamanı xəsarət alıb.

 

Faktla bağlı araşdırma aparılır./Unikal

 

Tarix: 9 Sentyabr 2026, 08:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin