BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanın strateji valyuta ehtiyatları 90 milyard dolları keçib

Bu il sentyabrın 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 90 milyard 769,7 milyon ABŞ dolları təşkil edib.

 

Bu barədə Dövlət Statistika Komitəsinin məlumatlarında bildirilib.

 

Məlumata görə, bu, ötən il sentyabrın 1-nə nisbətən 15,7 % çoxdur.

 

Avqustda ölkənin strateji valyuta ehtiyatları 3 milyard 954,8 milyon ABŞ dolları artıb.

 

2025-ci ilin sonunda Azərbaycanın strateji valyuta ehtiyatları 85,1 milyard ABŞ dolları təşkil edib.(Report)

Tarix: 9 Sentyabr 2026, 11:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin