BURADA REKLAMINIZ OLA
BİLƏR

Yaxın günlərdə qrant müsabiqəsi elan ediləcək

Dövlət büdcəsindən QHT-lərin “bir pəncərə” prinsipi əsasında maliyyələşdirilməsi barədə müvafiq prosedura uyğun olaraq, yaxın günlərdə Gənclər və İdman Nazirliyi və QHT Agentliyi gənclər təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədilə birlikdə qrant müsabiqəsi elan edəcək. Yuxarı hədlər kiçik qrant müsabiqəsi üzrə 30 min manat, böyük qrant müsabiqəsi üzrə 100 min manat olacaq.

 

Pravda.az xəbər verir ki, bu barədə QHT Agentliyinin Kommunikasiya şöbəsinin müdiri Ülviyyə Qarayeva bildirib.

 

O qeyd edib ki, müsabiqədə yalnız Nizamnamə məqsədlərində gənclərlə bağlı fəaliyyət istiqaməti olan QHT-lər iştirak edə bilər.

Tarix: 9 Sentyabr 2026, 15:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin