BURADA REKLAMINIZ OLA
BİLƏR

Xalq artisti Aleksandr Şarovski dəfn edilib

Xalq artisti Aleksandr Şarovski II Fəxri xiyabanda dəfn edilib.

 

Pravda.az xəbər verir ki, dəfn mərasimində dövlət xadimləri, mədəniyyət və incəsənət nümayəndələri, mərhumun sənət dostları, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Qeyd edək ki, Aleksandr Şarovski ilə vida mərasimi Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında keçirilib.

 

Xatırladaq ki, Xalq artisti bu gün səhər saatlarında Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib.

Tarix: 9 Sentyabr 2026, 15:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin