BURADA REKLAMINIZ OLA
BİLƏR

“Möminə Xatun” Naxçıvan adı ilə dəyişdirildi

Yeni mövsümdən qadınlar arasında Azərbaycan Yüksək Liqasında mübarizə aparacaq “Möminə Xatun” voleybol komandasının adı dəyişdirilib.

 

Pravda.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

 

Muxtar Respublika təmsilçisi “Naxçıvan” adı altında fəaliyyət göstərəcək.

 

Bildirilib ki, təsisçi və klub rəhbərliyinin ortaq qərarı, Azərbaycan Voleybol Federasiyasının razılığı ilə klub bundan sonra fəaliyyətini “Naxçıvan” adı altında davam etdirəcək.

 

Bildirilib ki, bu addım komandanın həm yerli, həm də gələcəkdə beynəlxalq arenada Naxçıvanın vahid idman brendi kimi tanınmasına xidmət edəcək.

Tarix: 9 Sentyabr 2026, 16:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin