BURADA REKLAMINIZ OLA
BİLƏR

Jurnalist Nəcəf Nəcəfovun məzarındakı barelyefi oğurlayan şəxs tutuldu - FOTO

Mərhum jurnalist Nəcəf Nəcəfovun məzarındakı barelyefi oğurlayan şəxs tutulub.

 

Əməli törətməkdə şübhəli bilinən 1973-cü il təvəllüdlü Ü.Kazımov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

 

Fakta görə cinayət işi başlanılıb. Barelyef satıldığı yerdə aşkar edilərək maddi sübut kimi götürülüb.

 

Saxlanılan şəxs

 

Qeyd edək ki, hadisə İkinci Fəxri xiyabanda qeydə alınıb.

 

Nəcəf Nəcəfov 80-90-cı illərdə “Azərbaycan gəncləri” və “Azadlıq” qəzetlərinin redaktoru, milli azadlıq hərəkatının liderlərindən biri olub. Əbülfəz Elçibəy hökumətində Prezidentin müşaviri postunu tutub. 1999-cu ildə vəfat edib.

 

2004-cü ildə Prezident İlham Əliyev Azərbaycanın müstəqil jurnalistikasının formalaşmasındakı böyük xidmətlərinə görə Nəcəf Nəcəfovu ölümündən sonra “Şöhrət” ordeni ilə təltif edib.

Tarix: 9 Sentyabr 2026, 17:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin