BURADA REKLAMINIZ OLA
BİLƏR

Zelenskinin təyyarəsi Moldovadan havaya qalxarkən PUA ilə vurulma təhlükəsi ilə üzləşib

Ukrayna Prezidenti Volodimir Zelenskinin təyyarəsi Moldovadan havaya qalxarkən pilotsuz uçuş aparatının hücumu təhlükəsi ilə üzləşib.

 

Bu barədə Norveçin Baş naziri Yonas Qar Störe NRK telekanalına açıqlamasında bildirib.

 

“Onun təyyarəsi Moldovadan havaya qalxarkən az qala pilotsuz uçuş aparatı ilə vurulacaqdı. Onun üzləşdiyi reallıq budur”, – Störe deyib.

 

Zelenski Norveç Kralı Haraldın dəfn mərasimində iştirak etmək üçün Osloya səfər edib.

 

Səfər çərçivəsində Ukrayna Prezidenti Norveçin Baş naziri Yonas Qar Störe ilə də görüşüb. Tərəflər Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsini, o cümlədən “Patriot” sistemləri üçün raket-interseptorların tədarükünü müzakirə ediblər./APA

Tarix: 9 Sentyabr 2026, 23:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin