BURADA REKLAMINIZ OLA
BİLƏR

Tramp respublikaçıların qələbəsi halında amerikalılara 5 min dollar ödəyəcəyini vəd etdi

ABŞ Prezidenti Donald Tramp Respublikaçılar Partiyasının aralıq seçkilərdə Konqresin hər iki palatasında çoxluğu qoruyacağı təqdirdə ölkənin bütün yetkin vətəndaşlarına 5 min dollar ödəniləcəyini vəd edib.

 

Tramp bunu sentyabrın 9-da axşam Dallasda Respublikaçılar Partiyasının noyabrda keçiriləcək aralıq seçkilər ərəfəsində təşkil olunan milli qurultayında çıxışı zamanı bildirib.

 

“Mən sizə bunu vəd edirəm: əgər respublikaçılar Nümayəndələr Palatasında və ABŞ Senatında – hər iki palatada qalib gəlsələr, iqtisadi uğurlarımız sayəsində ABŞ-nin hər bir yetkin vətəndaşına 5 min dollar dividend ödəyəcəyəm”, – Tramp deyib.

 

ABŞ Prezidenti vurğulayıb ki, vətəndaşlar həmin vəsaiti ölkə daxilində xərcləməli olacaqlar. Onun sözlərinə görə, bu ödəniş “Tramp dividendi” adlandırılacaq.

 

ABŞ Konqresinə aralıq seçkilər noyabrın 3-də keçiriləcək. Seçkilərdə Senatın 100 üzvündən 33-ü və Nümayəndələr Palatasının bütün 435 üzvü yenidən seçiləcək. Hazırda respublikaçılar Konqresin hər iki palatasına nəzarət edirlər.

 

APA

Tarix: 10 Sentyabr 2026, 07:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin