BURADA REKLAMINIZ OLA
BİLƏR

Nobel mükafatlarının qalibləri bu tarixlərdə açıqlanacaq

2026-cı il Nobel mükafatlarının qaliblərinin elan olunacağı tarixlər açıqlanıb.

 

Belə ki, builki qaliblər 5–12 oktyabr tarixlərində açıqlanacaq.

 

Açıqlamalar Nobel mükafatının rəsmi rəqəmsal kanalları vasitəsilə canlı yayımlanacaq.

 

Fiziologiya və ya tibb üzrə Nobel mükafatının qalibi oktyabrın 5-də, fizika üzrə oktyabrın 6-da, kimya üzrə oktyabrın 7-də, ədəbiyyat üzrə oktyabrın 8-də, Nobel Sülh Mükafatının laureatı isə oktyabrın 9-da açıqlanacaq.

 

İsveç Mərkəzi Bankının Alfred Nobelin xatirəsinə təsis etdiyi İqtisadi Elmlər üzrə mükafatın qalibi oktyabrın 12-də elan ediləcək.

 

Nobel mükafatlarının təqdimetmə mərasimi isə dekabrın 10-da Stokholmda keçiriləcək.

Tarix: 10 Sentyabr 2026, 10:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin