BURADA REKLAMINIZ OLA
BİLƏR

Tullantıların idarə olunması üzrə yeni strategiya hazırlanır

Azərbaycanda 2027–2030-cu illər üçün tullantıların idarə olunması strategiyası hazırlanır.

 

Bunu Prezidentin iqlim məsələləri üzrə nümayəndəliyinin əməkdaşı Faiq Mütəllimov "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026)"nın 4-cü günündə bildirib.

 

"Bu il biz tullantıların idarə olunmasının təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atmışıq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində Tullantıların İdarə Edilməsi Agentliyi yaradılıb. Hazırda 2027–2030-cu illər üçün Milli Tullantıların İdarə Olunması Strategiyasını hazırlayırıq. Eyni zamanda, bu istiqamətdə tullantılarla bağlı qanunvericiliyi və alt aktları təkmilləşdiririk. Yəni biz bu məsələdə milli gündəliyi də icra edirik.

 

Bakıda artıq tullantıların çeşidlənməsi, xüsusi təkrar emal sənaye zonası, burada bütün təkrar emal şirkətləri yerləşir, və tullantıdan enerji alan zavodla güclü tullantı idarəetmə sistemi qurmuşuq. Düşünürəm ki, dövriyyə iqtisadiyyatı ilə bağlı diskursun yeni sektorlara genişləndirilməsi də vacibdir və bu, enerji keçidi dövrünü yaşayan Azərbaycan üçün də aktualdır. Məsələn, biz daha çox günəş panelləri, batareyalar, elektrik nəqliyyat vasitələri və digər texnologiyalar quraşdırırıq. Düşünürəm ki, biz bütün həyat dövrünü qabaqcadan düşünməliyik", - deyə o qeyd edib.(Report)

Tarix: 10 Sentyabr 2026, 12:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin